Icma.az
close
up
RU
Rusiya Avropaya hücum edəcək

Rusiya Avropaya hücum edəcək

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


NATO Baş katibi Mark Rutte “The New York Times” qəzetinə verdiyi geniş müsahibəsində diqqətçəkən bir ehtimal irəli sürüb. Rutte bildirib ki, əgər Çin Tayvan adasına hücum edərsə, bu zaman Çin lideri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinə zəng edərək NATO ərazisinə zərbə vurmağı xahiş edə bilər. Bu addımın əsas məqsədi Qərbin diqqətini Tayvandan yayındırmaq olacaq. Mark Rutte bu ehtimalı istisna etmədiyini bildirib və hesab edir ki, belə bir ssenaridə Rusiya NATO-nun şərq cinahında yerləşən bir ölkəyə hücum edə bilər. Onun konkret ad çəkdiyi ölkə isə Estoniyadır. Rutte həmçinin bu tip ssenarilərin qarşısını almaq üçün NATO-nun Hind-Sakit okean bölgəsində fəallığını artırmalı olduğunu da vurğulayıb. Qərb uzun müddətdir ehtimal edir ki, Çin Tayvanı birləşdirmək niyyətindədir və bu proses yalnız münasib beynəlxalq şəraitin yetişməsini gözləyir. Çin lideri Si Cinpin dəfələrlə bəyan edib ki, Tayvan Çinə məxsusdur və bu məsələ “bir gün” həllini tapmalıdır. NATO baş katibinin söylədiyi fikirlər real görünsə də olduqca çətindir. Birinci növbədə, Rusiya Ukrayna ilə savaşda xeyli ciddi resurs itkisinə məruz qalıb. Bu onun genişmiqyaslı müharibəyə girmək imkanını zəiflədir. Əgər Ruttenin iddia etdiyi kimi Rusiya Estoniya hücum edərsə bu avtomatik NATO - nun 5 - ci maddəsinin işə düşməsinə səbəb olacaq. Yəni Estoniya NATO üzvü olduğu üçün alyans Ukraynadakı kimi sakit qala bilməyəcək. Məcbur öz üzvünü müdafiə etməli olacaq. Rusiya hazırda nə şəxsi heyət, nə də silah arsenalı baxımından NATO ilə toqquşacaq gücdə deyil. Ancaq Rusiya - Çin ittifaqı bu məsələnin öhdəsindən gələ bilər. Əgər Rusiya ərazisinə Qərbdən hücum olacağı təqdirdə Çin cavab zərbələrinə başlasa bu NATO - nu pis vəziyyətdə qoya bilər. Xüsusilə Çinin savaşa qoşulması NATO - nun Şərqi Asiyadakı üzvləri və tərəfdaşları üçün ciddi problemdir. Təsadüfü deyil ki, Yaponiya uzun müddətdir məhz bu məsələlərə görə NATO - dan müstəqil müdafiə təşkilatının qurulmasını tələb edir. Əgər ABŞ şərqdəki müttəfiqlərini qoruya bilməsə bu Vaşinqtona ikitərəfli ziyan vuracaq. Birincisi NATO - nu vahidliyini qoruyub saxlamaq mümkün olmayacaq. Asiyada Rusiya - Çin ittifaqına qarşı Yaponiyanın başçılığı altında yeni güc mərkəzi meydana gələcək. İkincisi isə Şərqi Asiya ölkələrinin ABŞ ilə olan müttəfiqliyinin bitməsinə səbəb olacaq. Bu Vaşinqtonun özünün təhlükəsizliyi üçün ciddi problemlər yaradır. Bu baxımdan NATO - nun bölgə ölkələrində hərbi fəallığını gücləndirməsi, o cümlədən, Çin sahillərində alyansın yeni hərbi təlimlərə başlaması istisna deyil.
Zeynal Əmrəliyev
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 İyul 2025 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri