Icma.az
close
up
RU
“Avrora Qrup” bazarımıza nəyi gətirir?

“Avrora Qrup” bazarımıza nəyi gətirir?

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qida təhlükəsizliyi hər bir dövlətin və cəmiyyətin ən həssas məsələlərindən biridir. İnsanların gündəlik istehlak etdiyi məhsulların keyfiyyəti, tərkibi və onların uzunmüddətli təsirləri yalnız iqtisadi deyil, həm də sosial məsuliyyət məsələsidir. 
Demokrat.az
bildirir ki, Azərbaycan bazarında uzun illərdir fəaliyyət göstərən “Avrora Qrup” əvvəl distribütor kimi fəaliyyətə başlasa da, zamanla həm istehsal, həm də pərakəndə satış sahəsində geniş şəbəkə quraraq bazarın əsas oyunçularından birinə çevrilib. Şirkətin idxal və distribütorluq etdiyi məhsullar arasında isə xüsusilə diqqət çəkən bir seqment var - enerji içkiləri və ucuz spirtli məhsullar.
“Bizon”, “Goo”, “Jaguar”, “Bingo”, “Berg” kimi içkilər, eləcə də müxtəlif hazır qida məhsulları – məsələn, “Rolton” tipli tez hazırlanan məhsullar geniş şəkildə bazara təqdim olunur və əsasən gənc auditoriya arasında yayılır. Bu məhsulların satışında isə şirkətə bağlı olan “Tamstore” kimi pərakəndə şəbəkələrin rolu xüsusi qeyd olunur. 
Təbii ki, bu məhsulların satışı və ölkəyə idxalı suallar yaratmaya bilməz... Bu məhsulların bu qədər geniş və aktiv şəkildə bazara daxil edilməsi yalnız kommersiya maraqları ilə izah oluna bilərmi?
Ucuz enerji içkiləri məsələsi xüsusilə diqqət çəkir. Bəzi hallarda 1 manata təklif olunan bu məhsulların tərkibi və keyfiyyəti ilə bağlı suallar da illərdir müzakirə olunur. Enerji içkilərinin həddindən artıq istifadəsinin sağlamlığa mənfi təsirləri, ürək-damar problemləri, asılılıq riski, sinir sistemi üzərində təsirlər artıq dünya səviyyəsində müzakirə edilən məsələlərdəndir. Bəs Azərbaycanda bu məhsulların gətirilməsi və satışı necə?
Eyni zamanda, bu məhsulların daha çox gənclər arasında populyarlaşması narahatlıq doğurur. Ucuz qiymət və əlçatanlıq faktoru bu məhsulları daha geniş kütlələr üçün cəlbedici edir. Nəticədə, sağlam qidalanma və həyat tərzi ilə bağlı ciddi suallar ortaya çıxır.
Digər tərəfdən, “Avrora Qrup”un son dövrlərdə reklam aktivliyini artırması da diqqətdən yayınmır. Xüsusilə “Tamstore” şəbəkəsinin geniş reklam kampaniyaları şirkətin bazarda mövqeyini daha da gücləndirmək niyyətindən xəbər verir. Bu isə belə bir ehtimalı gündəmə gətirir - bazara yeni məhsulların xüsusilə enerji və spirtli içkilərin daha aqressiv şəkildə daxil edilməsi planlaşdırılırmı? 
Əlbəttə, qeyd edilməlidir ki, bu məhsulların əksəriyyəti qanunvericiliklə qadağan olunmayıb və rəsmi şəkildə satışdadır. Lakin məsələ yalnız qanun çərçivəsində fəaliyyət göstərməkdən ibarət deyil. Böyük bazar payına malik şirkətlərin cəmiyyət qarşısında da müəyyən məsuliyyəti var.
Sürətli qazanc naminə bazara çıxarılan bu məhsullar uzunmüddətli perspektivdə cəmiyyətə nə vəd edir? Bizim gənclərimiz bu məhsulların istifadəçisinə çevilməlidirmi?
Qeyd edək ki, "Avrora Qrup" unun prezidenti Ceyhun Abbasovdur.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Aprel 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri