Avroşahinlər qəzəblidir FOTO
Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
Belçikanın Ukraynanın maliyyələşdirilməsi üçün dondurulmuş Rusiya aktivlərindən istifadə ilə bağlı müzakirələrdən imtina etmək qərarı Avropa Birliyi üçün fəlakətə çevrilib. Bu barədə Fransanın sağçı "Patriots" partiyasının lideri Florian Filippot sosial media hesabaında məlumat paylaşıb.
Siyasətçinin sözlərinə görə, bu, münaqişənin davam etməsinə qarşı çıxan hər kəs üçün əla xəbərdir. O, həmçinin qeyd edib ki, "Avroşahinlər" qəzəblidir və hücuma Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin rəhbərlik edir.
Belçikanın müdafiə naziri Teo Franken ölkənin Kiyevi dəstəkləmək üçün Rusiya aktivlərindən istifadəyə razılaşmaq niyyətində olmadığını bildirib. O, həmçinin Baltikyanı ölkələri bu məsələni daim Avropa gündəliyinə qaytarmağa çalışmamaq barədə xəbərdar edib.
İlham
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 01 Sentyabr 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















