Avroviziya 2024 qalibi Nemo İsrailin iştirakı səbəbindən mükafatı qaytardı
Dogru.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2024-cü ildə Avroviziya Mahnı Müsabiqəsinin qalibi olan isveçrəli ifaçı Nemo, İsrailin müsabiqədə iştirakını əsas gətirərək mükafatdan imtina edib.
Doğru.az xəbər verir ki, Nemo bu barədə sosial media hesabında açıqlama verib.
İfaçı yazıb: “Keçən il Avroviziyada qalib gəldim və bunun üçün kubok aldım… Amma bu gün artıq o kubokun mənim rəfimdə olduğunu hiss etmirəm”. Onun sözlərinə görə, İsrailin “Eurovision”dakı iştirakı müsabiqənin idealları ilə Avropa Yayım Birliyinin verdiyi qərarlar arasında açıq-aşkar ziddiyyət təşkil edir.
Qeyd edək ki, bundan əvvəl İrlandiya, İspaniya, Sloveniya və Hollandiya da “Eurovision 2026”dan imtina etmək qərarına gəlmişdi. Bu hadisələr müsabiqədə iştirak və siyasi məsələlər ətrafında müzakirələri yenidən gündəmə gətirib.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 12 Dekabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















