Avroviziya 2024 ün qalibi büllur mikrafonu geri qaytardı
Icma.az bildirir, Axsham.az portalına istinadən.
“Avroviziya 2024”ün isveçrəli qalibi Nemo qazandığı büllur mikrofonu geri qaytarıb.
Axşam.az xəbər verir ki, ifaçı bununla bağlı sosial media hesabında məlumat yayıb.
"Keçən il mən “Avroviziya”nı qazandım və mənə bu kubok təqdim olundu. Hər şeyə görə sonsuz dərəcədə minnətdar olsam da, artıq bu mükafatın mənim rəfimə aid olduğunu hiss etmirəm.
“Avroviziya” deyir ki, o, birlik, əhatəlilik və hər kəs üçün ləyaqət dəyərlərini təmsil edir. Bu dəyərlər bu müsabiqəni mənim üçün mənalı etmişdi. Lakin BMT-nin Müstəqil Beynəlxalq Araşdırma Komissiyasının soyqırımı kimi qiymətləndirdiyi bir dövrdə İsrailin müsabiqədə iştirakını davam etdirməsi Avropa Yayım İttifaqının (AYİ) qərarları ilə bu ideallar arasında açıq bir ziddiyyət olduğunu göstərir" deyə, Nemo bildirib.
Qeyd edək ki, Niderland, İspaniya, Sloveniya, İrlandiya və İslandiya İsrailə görə yarışda iştirak etməyəcəklərini açıqlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 12 Dekabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















