Icma.az
close
up
RU
Avroviziya nın qalibi yenidən İsrail əleyhinə çağırış edib

Avroviziya nın qalibi yenidən İsrail əleyhinə çağırış edib

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


"Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin qalibi Yohannes Piç gələn il İsrailin mahnı yarışmasından xaric edilməsi üçün yenidən çağırış edib.
Reyting.az
xəbər verir ki, Avstriyadan olan gənc ifaçı Yohannes Piç İsraili təmsil edən müğənni, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumu zamanı özünü ölülüyə vurmaqla, sağ çıxan Yuval Rafaelin 2025-ci ilin "Avroviziya" müsabiqəsində iştirakını düzgün saymır.
Piç israilli ifaçının beynəlxalq mahnı yarışmasından kənarlaşdırmağa çağırışı etdiyi üçün sərt tənqidlərə tuş gəlsə də, onun fikrinə dəstək verənlər də tapılıb.
İsrailin iştirakına qarşı çıxıb.
"El Pais" nəşrinin yazdığına görə, avstriyalı müğənni Y. Piç yenidən bu həssas mövzuya qayıdıb. O, 2026-cı ildə Vyanada keçiriləcək növbəti müsabiqədə İsrailin iştirakının nəzərdə tutulmasını məyusedici adlandırıb.
"Rusiyanın istisna olduğunu söyləyirlər, lakin İsrailə qapı açırlar. Elə bu səbəbdən də çox məyus oldum. Axı, burada söhbət işğalçılıqdan gedirsə, o zaman belə çıxır ki, hər iki ölkə bu müharibə kontekstində təcavüzkardır",- deyən gənc sənətçi İsraili işğalda ittiham edib.
Onu da qeyd edək ki, bundan əvvəl İspaniyanın baş naziri Pedro Sançesin də oxşar tənqidləri olub, o da, İsrailin Rusiya kimi müsabiqədə iştirak etməməli olduğunu deyib.
Lakin müsabiqənin təşkilatçıları İsraili kənarlaşdırmaq çağırışlarına konkret cavab verməyiblər. "Biz bu müsabiqənin bütün iştirakçı yayımçıları ilə daimi əlaqə saxlayırıq, həmçinin onların narahatlığına ciddi yanaşırıq",- söyləyən "Avroviziya"-nın direktoru Martin Qrin belə bir səs-küylü, eləcə də həssas mövzudan yayınmadığını deyib:
"İştirak edən bütün yayımçılarla bununla bağlı geniş müzakirələr aparmağa, eləcə də, builki müsabiqənin aspektlərini daha ətraflı müzakirə etməyə, həmçinin rəyləri toplamağa söz verirəm. Biz, bundan sonra 70-ci “Avroviziya” müsabiqəsinin planlaşdırılması barədə hamıya məlumat verəcəyik".
Avropa Yayım Birliyi də mayın 23-də açıqlama verib. Təşkilatçılar 2026-cı ildə keçiriləcək beynəlxalq mahnı müsabiqəsindən İsrailin kənarlaşdırılması ilə bağlı səslənən tələbləri əsassız sayıb və İsrail əleyhinə çağırışları birmənalı şəkildə rədd edib.
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 May 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri