“Avroviziya”ya görə vəzifəsindən oldu
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moldovada “Avroviziya-2026” müsabiqəsinə görə qalmaqal yaranıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Moldova milli münsiflər heyətinin rumıniyalı iştirakçı Aleksandra Kapitaneskuya cəmi 3 bal verməsi ölkədə narazılıqla qarşılanıb.
Bu narazılıq yerli “Teleradio-Moldova” şirkətinin baş direktoru Vlad Surkanunun istefa verməsi ilə nəticələnib. O, bu qərarını brifinqdə açıqlayıb.
Surkanu rəhbərlik etdiyi teleşirkətin “Avroviziya”nın təşkilində birbaşa iştirak etməsə də, münsiflər heyətinin verdiyi qiymətlərə görə məsuliyyət daşıdığını etiraf edib. Onun sözlərinə görə, milli münsiflər heyəti Moldova ilə qonşu ölkələr arasında mövcud həssas vəziyyəti nəzərə almayıb. Surkanu münsiflər heyətinin Ukraynaya da 1 bal belə vermədiyini xatırladıb.
Qeyd edək ki, builki müsabiqədə Bolqarıstan tarixində ilk dəfə olaraq qalib adını qazanıb. Rumıniyalı ifaçı Aleksandra Kapitanesku müsabiqəni 3-cü pillədə tamamlayıb. Moldovalı münsiflər heyəti maksimum 12 xalı Serbiya iştirakçısına, tamaşaçılar isə məhz Rumıniya təmsilçisinə verib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:141
Bu xəbər 18 May 2026 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















