Icma.az
close
up
RU
”Avroviziya”ya Alizadeni göndərərdim”

”Avroviziya”ya Alizadeni göndərərdim”

Icma.az, Olay.az saytına istinadən bildirir.

Avroviziya qalibimiz Nigar Camal builki mahnımızla bağlı danışıb.

OLAY yazır ki, bu barədə sənətçi “İncə səhər”də açıqlama verib:

“Çox söz deməyəcəyəm. İstəyirəm bizi yüksək səviyyədə təmsil etsin. “Avroviziya”nın formatı bir az dəyişib. Deyirlər, gözəl səsi var. Bəli, gözəldir. Amma orada elə gözəl səslər var ki... Bizdən ən gözəl səsi göndərsən belə, onlarda daha yaxşısı olacaq. Yaxşı mahnı olmalıdır. Mahnıdakı sözlər bizim dildə danışan və düşünən insanın  fikirləri olmamalıdır. Avropada yaşayan, onlar kimi düşünən biri mahnı yazmalıdır. Mahnını eşidən kimi bildim ki,  bizimkilər yazıb. Qız hazırlaşır, çətindir. Bizi bundan öncə Ukrayna komandası hazırlayırdı. Bizimlə o qədər möhtəşəm bir komanda işləyirdi ki... Bizə daha asan idi. Jiva üçün daha çətin olacaq, bilmirəm onunla hansı komanda işləyir. “Euromedia” kimi peşəkar komanda deyil. Çox təəssüf ki, Avropa ölkələrindən çox mənfi şərhlər gəlir. Çünki Azərbaycan həmişə beşlikdə olurdu. Son illər finala keçə bilmirik. Ümumiyyətlə, müğənninin enerjisi olmalıdır. Bu işlə məşğul olsaydım, rok stilində Sabina Beyli, rep stilində Alizade mükəmməl olardı. Onun mahnısı, stili gözəldir. Onlar enerjili xanımlardır. Bir də Nərmin Kərimbəyovanın getməsi haqda danışırdıq... Çox maraqlıdır, əyləncəlidir. Enerjisi var. Əvvəl təkcə mahnı oxuyurdun, indi yeni nəsil yaxşı rəqs edir. Çox təəssüf ki, bizdə çıxsın, möhtəşəm rəqs eləsin – belə müğənni yoxdur. Nə qədər istedadlı sənətçi olsa da, əsas onunla işləyən komandadır. Uğurlar arzu edirəm, bir məsləhətim var ki, sosial şəbəkələrdə şərhləri oxumasın. O zaman bizə icazə vermirdilər, qadağa qoymuşdular. Sadəcə hazırlaşsın, inşallah bizi yüksək səviyyədə təmsil edər”.
Qeyd edək ki, Azərbaycanı “Avroviziya 2026” müsabiqəsində “Just Go” mahnısı ilə JIVA təmsil edəcək. Beynəlxalq Mahnı Müsabiqəsi bu il Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may tarixlərində baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://olay.az
archiveBu xəbər 12 Mart 2026 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see263

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see175

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see173

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see167

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see166

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see165

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see165

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see164

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see163

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see163

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see163

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see163

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see161

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see161

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see160

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see158

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see157

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see156

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri