Avrozona iqtisadiyyatı üçüncü rübdə 0,4 faiz artdı Yeni Çağ Media
Icma.az, Yenicag saytına istinadən bildirir.
Cari ilin üçüncü rübündə Avrozona iqtisadiyyatında əvvəlki rüblə müqayisədə 0,4 faiz artım qeydə alınıb.
Yenicag.az xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, Avrozona iqtisadiyyatı üçüncü rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artıb. Avrozonada məşğulluq üçüncü rübdə əvvəlki rüblə müqayisədə 0,2 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artıb.
Avropa İttifaqında isə ÜDM bu ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0,4 faiz, keçən ilin eyni rübü ilə müqayisədə 1 faiz artım göstərib. Üçüncü rübdə Aİ-də məşğulluq səviyyəsi əvvəlki rüblə müqayisədə sabit qalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,7 faiz artım qeydə alınıb.
Üçüncü rübdə İtaliyada ÜDM əvvəlki rüblə müqayisədə sabit qalıb, ötən ilin eyni dövrünə görə isə 0,4 faiz artıb./AZƏRTAC/
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 06 Dekabr 2024 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















