Avrozona iqtisadiyyatı üçüncü rübdə 0,4 faiz artıb AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Roma, 6 dekabr, AZƏRTAC
Cari ilin üçüncü rübündə Avrozona iqtisadiyyatında əvvəlki rüblə müqayisədə 0,4 faiz artım qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, Avrozona iqtisadiyyatı üçüncü rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artıb. Avrozonada məşğulluq üçüncü rübdə əvvəlki rüblə müqayisədə 0,2 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artıb.
Avropa İttifaqında isə ÜDM bu ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0,4 faiz, keçən ilin eyni rübü ilə müqayisədə 1 faiz artım göstərib. Üçüncü rübdə Aİ-də məşğulluq səviyyəsi əvvəlki rüblə müqayisədə sabit qalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,7 faiz artım qeydə alınıb.
Üçüncü rübdə İtaliyada ÜDM əvvəlki rüblə müqayisədə sabit qalıb, ötən ilin eyni dövrünə görə isə 0,4 faiz artıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 06 Dekabr 2024 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















