Icma.az
close
up
RU
Avrozonada inflyasiya sabit qalsa da...

Avrozonada inflyasiya sabit qalsa da...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İqtisadi artım templəri yüksəlməyib

Avrozonada iyul ayında inflyasiya səviyyəsi 2 faiz təşkil edib. Bu, əvvəlki aylarla nisbətdə sabit inflyasiya dəhlizi deməkdir. Ümumiyyə??ə, 2025-ci ilin ikinci rübündə Avrozonada sabit inflyasiya tsiklləri davam etməkdədir. Avropa İttifaqının Statistika İdarəsinin açıqladığı məlumata görə, adıçəkilən coğrafiyada istehlak qiymətləri indeksi son bir ayda bəzi bölmələrdə aşağı düşüb. İnflyasiyanın strukturunda ərzaq məhsulları, alkoqollu içkilər və tütün məhsullarının qiymət artımı illik ifadədə 3,1 faizdən 3,3 faizə qədər yüksəlsə də, digər sahələrdə ucuzlaşmaların baş verməsi ümumi qiymət indeksinin enməsinə səbəb olub. Belə ki, əsas bölmələrdən biri olan xidmət sektorunda qiymət artımı 3,3 faizdən 3,1 faizə qədər zəifləyib. Enerji daşıyıcılarının qiyməti də 2,6 faizdən 2,5 faizə qədər azalıb. İnflyasiya göstəricisi Avropa Mərkəzi Bankının 2 faizlik hədəf proqnozuna da uyğun olub.

ABŞ-ın sərt idxal tətbiqləri aktivliyi azaldıb

Bütün bunlara baxmayaraq, Avropada iqtisadi artım yüksəlməyib, əvvəlki aylarda olduğu kimi iyulda da zəif inkişaf templəri qeydə alınıb. Avropa Mərkəzi Bankının gözləntilərinə əsasən, Avrozona iqtisadiyyatında mövcud olan risklər yenə də qalır. Tikinti və istehsal kimi sektorlarda artım templərində ümumi yavaşlama daha çox nəzərə çarpır. Xüsusilə də, ABŞ-la ticarət gərginliyinin yaranması və Tramp Administrasiyasının idxal embarqosundan sonra iqtisadi artım gözləntiləri aşağı düşüb. Avropa İttifaqı Komissiyası Avrozonada bu il iqtisadi artım proqnozunu 1,3 faizdən 0,9 faizə, gələn il üçün isə 1,6 faizdən 1,4 faizə endirib. “Avropanın İqtisadi Proqnozları - 2025-ci il “hesabatına əsasən, artım proqnozları qlobal ticarətin zəifləməsi və ticarət siyasəti ətrafında yüksək qeyri-müəyyənliklər fonunda müəyyən edilib. ABŞ-ın ticarət siyasətindəki proteksionist dəyişikliyə hazır olmadığı qeyd edilən hesabatda, 2 apreldə açıqlanan tarif artımlarının qlobal iqtisadiyyatda mənfi dalğalanmalara səbəb olduğuna diqqət çəkilib.

Hesabatda Avstriya iqtisadiyyatının 0,3 faiz kiçiləcəyi, Almaniya iqtisadiyyatının artmayacağı, Fransanın 0,6 faiz, İtaliyanın 0,7 faiz, İspaniyanın isə 2,6 faiz artacağı proqnozlaşdırılır. Gələn il Almaniyanın 1,1 faiz, Fransanın 1,3 faiz, İtaliyanın 0,9 faiz, İspaniyanın isə 2 faiz artacağı proqnozlaşdırılır.

Rusiya-Ukrayna müharibəsi iqtisadi riskləri artırır

Avrozonada iqtisadi qayğılardan biri maliyyə-fiskal yığımlarda azalmaların baş verməsidir. Avropa İttifaqı Şurasının məlumatına görə, ittifaqa daxil olan əksər ölkədə büdcə kəsiri mövcuddur. Büdcə kəsiri ağırlaşmış ölkələr arasında Belçika, Fransa, İtaliya, Macarıstan, Malta, Polşa və Slovakiya yer alır. Həmin ölkələrdə büdcə kəsiri ÜDM-in 4 faizini ötüb ki, bu da Aİ-nin büdcə-fiskal qaydalarına ziddir. Belə ki, təşkilatın vahid büdcə siyasətinə əsasən, üzv ölkələrdə maksimal büdcə kəsiri həddi ÜDM-in 3 faizini ötə bilməz. Belçika 4,4 faiz, Polşa 5,1 faiz, Fransa 5,5  faiz büdcə kəsiri olmaqla fiskal çətinliklərlə üzləşib.

Avropa İttifaqının iqtisadiyyatında baş verənlər onu göstərir ki, bu bölgə hələ də tam iqtisadi aktivlik fazasına daxil ola bilməyib və qlobal mürəkkəb proseslər fonunda iqtisadi göstəricilərin pisləşməsi gözləniləndir. Gözləni?ən texni?i tənəzzülün qaynağı iqtisadi amillərlə yanaşı, geosiyasi proseslərlə də əlaqələndirilir. Əsasən də, Rusiya və Ukraynada müharibə və digər faktorlar avrozona iqtisadiyyatı üçün riskin siyasi mənbəyini təşkil edir. Xüsusilə də, Rusiya-Ukrayna müharibəsi ilə bağlı qlobal iqtisadi zəncirin pozulması, nəqliyyat-enerji-logistika təchizatlarındakı qırılmalar iqtisadi dayanıqlılığı ləngidir. Bundan başqa, Aİ zonasında alıcılıq qabiliyyətinin zəifləməsi və yüksək faiz dərəcələri fonunda kreditlərin azalması, eləcə də investisiya təşviqinin zəifləməsi səbəbindən Avrozonada iqtisadi artım gözləntiləri də azalır.

Avrozonadakı vəziyyətin Azərbaycana təsirləri

Onu da qeyd edək ki, Azərbaycanın iqtisadi-ticari tərəfdaşları sırasında əsas regionlardan biri olan Avropa İttifaqı dövlətlərində inflyasiyanın sabit qalması ölkəmiz üçün də mühüm əhəmiyyət daşıyır. Çünki, Azərbaycanda ümumi inflyasiya portfelində xarici amillərin təsiri, idxal inflyasiyası da əsaslı yer tutur. Dünya ölkələrində, o cümlədən Aİ zonasında qiymət indeksinin artması ölkəmizə idxal olunan malları bahalaşdırmaqla, inflyasiyanı da yüksəldir. Dünya əmtəə, xüsusilə də ərzaq qiymətlərinin davamlı azalması və ya sabit qalması, beynəlxalq daşıma xərclərinin sabit səviyyədə qalması, ticarət tərəfdaşlarımız olan ölkələrdə həyata keçirilən sərt pul siyasəti və nominal effektiv məzənnənin bahalaşması inflyasiya idxalına azaldıcı təsir göstərir. Bunun nəticəsidir ki, 2025-ci ilin birinci yarısında qlobal iqtisadi aktivliyin zəifləməsi, eləcə də qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi və ya dayanıqlı qiymət sabitliyi ölkəmizə inflyasiya idxalını məhdudlaşdırıb. Məhz bu amillər Azərbaycanı xarici inflyasiya təzyiqlərindən neytrallaşdırır və nəticədə Azərbaycanda inflyasiya gözlənən həddə qalıb.

ELBRUS

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Avqust 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri