Icma.az
close
up
RU
Mayın 21 i Beynəlxalq Çay Günüdür

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 21 may, AZƏRTAC

Dünyada tanınan içkilər arasında ən məşhurlarından biri şübhəsiz ki, çaydır. 2019-cu ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının qəbul etdiyi qətnaməyə əsasən, hər il mayın 21-i Beynəlxalq Çay Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, populyarlığı və geniş yayılması baxımından çay sudan sonra ikinci yerdə dayanır. Lakin su yalnız susuzluğu aradan qaldırdığı halda, çay həm də insanı gümrahlaşdıran və isidən içki kimi istifadə edilir. Çay “Camellia sinensis” bitkisindən hazırlanır və tonik təsiri ilə yanaşı, müxtəlif ölkələrin ənənəvi təbabətində faydalı xüsusiyyətlərinə görə də qiymətləndirilir.

Süfrələrimizin ayrılmaz hissəsinə çevrilən çay ilin bütün fəsillərində və günün istənilən vaxtında sevilərək içilir. Buna görə də onun şərəfinə xüsusi bir günün təsis olunması təsadüfi deyil.

Rəvayətə görə, Çin imperatoruna qaynar su gətirilərkən ağacdan bir neçə yarpaq suyun içinə düşür. İçkinin dadını bəyənən imperator çayın kəşfinə səbəb olur. O vaxtdan bəri, yəni 5 min ildən artıq müddətdir ki, çay süfrələrin ən sevilən və əvəzolunmaz içkilərindən biri olaraq qalır.

Yayın ən isti günlərində belə, çox vaxt seçim yenə çay olur. Çünki çay həm qışda isinmək, həm də yayda sərinlik tapmaq üçün istifadə edilən nadir içkilərdəndir.

İstənilən ziyafət, qonaqlıq və ya məclis çay süfrəsi ilə tamamlananda daha dolğun görünür. Azərbaycan da çay istehlakına görə dünyada ön sıralardadır. İnsanlar gündəlik həyatlarında, o cümlədən də müxtəlif məclislərdə çaya böyük üstünlük verirlər. Hətta xalqımızın qədim adətlərində də çayın xüsusi yeri var. Elçilik mərasimində razılıq əldə ediləndən sonra şirin çayın təqdim olunması gənclərin xoşbəxt gələcəyinə verilən xeyir-dua hesab edilir.

Çayın tərkibində insan sağlamlığı üçün faydalı olan müxtəlif minerallar mövcuddur. Xüsusilə soyuqdəymə zamanı onun içilməsi faydalı sayılır. Ağır və yağlı yeməklərdən təxminən bir saat sonra çay qəbul edildikdə həzm asanlaşır. Çayın rəngini yaradan maddələr damarları möhkəmləndirir, qan dövranını yaxşılaşdırır və qanaxma riskini azaldır. Bundan başqa, diş minasını gücləndirir, orqanizmi zərərli maddələrdən təmizləyərək böyrəklərin fəaliyyətinə müsbət təsir göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:379
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2026 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri