Avrozonada investorların inam indeksi 2023 cü ilin oktyabrından bəri minimuma enib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Roma, 7 aprel, AZƏRTAC
Avrozonada investorların inam indeksi kəskin geriləyib.
AZƏRTAC xəbər verir ki, mart ayında mənfi 2,9 olan investorların inam indeksi apreldə 16,7 bənd azalaraq mənfi 19,5 olub. Beləliklə, investorların inam indeksi 2023-cü ilin oktyabr ayından bu vaxtadək ən aşağı səviyyəyə enib. Bazar proqnozları isə indeksin mənfi 8,9 səviyyəsinə geriləyəcəyi istiqamətində idi.
İnvestorların qarşıdakı 6 ay üzrə proqnozlarına yer verilən gözləntilər indeksi də mənfi 15,8-ə geriləyib. Bu da 2023-cü ilin oktyabrından bəri ən aşağı göstəricidir.
Ekspertlərin fikrincə, inam indeksindəki bu aşağı istiqamətli kəskin dəyişmə bazarlardakı qeyri-müəyyənlik və ABŞ-ın tarif siyasəti fonunda baş verib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 07 Aprel 2025 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















