Avrozonada investorların inam indeksi bir ilin maksimumuna yüksəlib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Roma, 10 iyun, AZƏRTAC
Avrozonada investorların inam indeksi son bir ilin maksimum səviyyəsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, investorların may ayında mənfi 8,1 olan inam indeksi iyunda 0,2 olub. Bu, 2024-cü ilin iyun ayından bəri ən yüksək səviyyədir. Bazar proqnozları isə indeksin mənfi 6 səviyyəsinə yüksələcəyi istiqamətində idi.
İnvestorların qarşıdakı 6 ay üzrə proqnozlarına yer verilən gözləntilər indeksi də 3,8-dən 14,3-ə yüksəlib. Beləliklə indeks son iki ayda 30,1 bənd artıb.
Cari vəziyyət indeksi isə mənfi 19,3-dən mənfi 13-ə yüksələrək ötən ilin iyunundan bu vaxtadək ən yüksək səviyyəyə çatıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:Avrozonada investorların inam indeksi son bir ilin aşağı səviyyəsindədir AZƏRTAC
07 Yanvar 2025 17:45
Avrozonada investorların inam indeksi 2023 cü ilin oktyabrından bəri minimuma enib
07 Aprel 2025 19:16
Avrozonada investorların inamı yüksəlir
05 May 2025 18:52
Avrozonada işsizlik səviyyəsi yüksəlib
02 İyul 2025 16:28
Avrozonada investor inamı yüksəlib
06 Oktyabr 2025 23:51
Baxış sayı:99
Bu xəbər 10 İyun 2025 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















