Avstraliya “DeepSeek”i QADAĞAN ETDİ
Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avstraliya bütün dövlət sistemləri və cihazlarında “DeepSeek” süni intellekt xidmətlərindən istifadəni qadağan edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu addım milli təhlükəsizliklə əlaqələndirilib.
“DeepSeek” Çin tərəfindən yaradılan süni internet proqramıdır. Bu proqrama son illərdə böyük marağın göstərilməsi qlobal bazarlara əhəmiyyətli təsir göstərib, bəzi informasiya texnologiyaları şirkətlərinin səhmlərinin ucuzlaşmasına səbəb olub.
Avstraliya Çinin süni intellekt startapına qarşı birbaşa tədbir görən ilk ölkələrdən biridir. Qərarı bu gün daxili işlər naziri Toni Börk elan edib. O, bütün “DeepSeek” məhsullarının, tətbiqlərinin və xidmətlərinin milli təhlükəsizliklə əlaqədar olaraq hökumət sistemlərindən dərhal silinəcəyini söyləyib.
Bu qərar Avstraliya kəşfiyyat orqanlarının texnologiyanın qəbuledilməz risk yaratdığını müəyyən edən təhdid qiymətləndirməsindən sonra verilib.
Vasif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 04 Fevral 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















