ABŞ hökumət cihazlarında “DeepSeek”i qadağan edə bilər
Icma.az bildirir, Apa.az portalına istinadən.
ABŞ prezidenti Donald Trampın administrasiyası hökumət cihazlarında Çinin süni intellekt dəstəkli çatbotu olan “DeepSeek”ə girişi məhdudlaşdırmağı düşünür.
APA xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ rəsmiləri “DeepSeek”in istifadəçilərin məxfiliyini təhlükə altına alaraq məlumatları emal etməsindən və saxlamasından narahatdırlar.
Bundan əlavə, administrasiya “DeepSeek”in ölkədəki fəaliyyətini məhdudlaşdırmağın başqa yollarını da araşdırır.
Qeyd edək ki, hazırda ABŞ hökumətində çatbotlardan istifadəyə qadağa yoxdur. Buna baxmayaraq bəzi idarələr öz işçilərinin “DeepSeek”ə girişini məhdudlaşdırıb.
Bu mövzuda digər xəbərlər:ABŞ da hökumət cihazlarında DeepSeek i qadağan edən qanun layihəsi hazırlanır
06 Fevral 2025 19:49
Avstraliya “DeepSeek”i QADAĞAN ETDİ
04 Fevral 2025 16:20
Bu ölkədə dövlət cihazlarında DeepSeek in istifadəsi qadağan edildi
06 Fevral 2025 14:40
Avropa bankları DeepSeek i sınaqdan keçirir
12 Mart 2025 00:10
DeepSeek süni intellekt modeli Prover i yeniləyib
01 May 2025 13:57
Baxış sayı:147
Bu xəbər 07 Mart 2025 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















