Avstraliya İranın bu ölkədəki səfiri Əhməd Sadeqini persona non qrata elan edib
Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avstraliya İranın bu ölkədəki səfiri Əhməd Sadeqi persona non-qrata elan edib və Avstraliyanın İslam Respublikasındakı səfirliyi təhlükəsizliklə əlaqədar olaraq fəaliyyətini dayandırır.
Bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq mətbuat konfransında bildirib. Avstraliya kəşfiyyatına görə, İran “Avstraliyadakı yəhudi icmasına qarşı antisemit hücumların arxasında” dayanır. İranın Melburndakı sinaqoqa və Sidneydəki koşer restoranına edilən hücumlarda əli olduğu iddia edilir. "Şübhə yoxdur ki, Avstraliya torpaqlarında başqa dövlətin istiqamətləndirdiyi bu dəhşətli və təhlükəli təcavüz aktları sərhədi keçib. Buna görə də İran səfiri persona non-qrata elan edilib", - Vonq bildirib.
Diplomat bildirib ki, Sadeqi və digər üç İran rəsmisi 7 gün ərzində Avstraliyanı tərk etməlidir. Nazir vurğulayıb ki, Kanberra İranla "bəzi diplomatik əlaqələri" saxlamaq niyyətindədir. Bu, İkinci Dünya Müharibəsindən sonra ilk dəfədir ki, başqa ölkənin səfiri Avstraliyadan qovulur. Tehrandakı Avstraliya diplomatları daha əvvəl “üçüncü ölkələrə” təxliyə edilib.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 26 Avqust 2025 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















