Icma.az
close
up
RU
Avstraliya sahillərində qızılla dolu holland gəmisi tapıldı

Avstraliya sahillərində qızılla dolu holland gəmisi tapıldı

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Uzun müddətdir itkin düşmüş xəzinə dolu gəmi Cənubi Avstraliya sahillərində tapılıb.


Bakupost.az -ın Xarici KİV-ə istinadən məlumatına görə, 1857-ci ildə fırtına zamanı batan holland ticarət gəmisi “Koning Willem de Tweede”, əsr yarım sonra dəniz arxeoloqlarının tədqiqat obyektinə çevrilib.

Honq-Konqdan çıxan 42 metrlik yelkənli gəmi 1857-ci ilin iyununda Viktoriya qızıl yataqlarına gedən 400 Çinli mədənçini Gichon körfəzinə aparmışdı. Sərnişinlər Robe limanında endirdikdən sonra gəmi güclü fırtınaya düşüb.Qasırğa küləyinin təsirində gəminin gövdəsi ciddi şəkildə zədələnib və ekipajı xilas etməyə çalışan kapitan gəmini qum sahilinə tərəf istiqamətləndirib. Lakin bu manevr faciə ilə nəticələnib. Belə ki, gəmi 2 yerə parçalanıb və çevrilən xilasetmə qayığı isə 25 dənizçidən 16-sının həyatına son qoyub.

Layihənin aparıcı arxeoloqu Ceyms Hanterin sözlərinə görə, yer dəyişən qumlar "su altı qum fırtınası" effekti yaradır. 2022-ci ildə gəmi qəzasını araşdırmaq məqsədilə beynəlxalq bir layihəyə start verilib. Metal detektorlar və maqnitometrlər vasitəsilə alimlər dəmir parçalar, o cümlədən lövbər burğusunun bir hissəsini və dib çöküntü təbəqəsi altında qalmış taxta göyərtəni aşkar ediblər.

Əlavə maqnit anomaliyaları iri metal obyektlərin mövcudluğuna işarə edib. Onların ölçüləri “Koning Willem de Tweede” gəmisinin parametrləri ilə üst-üstə düşür. 2023-cü ildə yaxınlıqdakı çimərlikdə tapılan 19-cu əsrə aid Çin saxsı qalıqları isə mühüm sübutlardan biri sayılır.

Lalə,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 May 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see126

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri