Avstraliya sahillərində qədim balina növünün qalıqları aşkarlanıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
London, 13 avqust, AZƏRTAC
Avstraliya sahillərində iti dişləri və böyük gözləri olan qədim balina növünün qalıqları tapılıb.
AZƏRTAC "Independent"ə istinadla xəbər verir ki, qalıqlar Viktoriya ştatının Surf Koast bölgəsində aşkar edilib.
Bu balinaya 2019-cu ildə onun fosil parçalarını aşkarlayan Viktoriya sakini Ross Dullardın şərəfinə “Janjucetus dullardi” adı verilib.
Bildirilib ki, “Janjucetus dullardi” təxminən 26 milyon il bundan əvvəl mövcud olub.
Balina barədə “Zoological Journal of the Linnean Society” elmi jurnalında məlumat dərc edilib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Avstraliya sahillərində güclü zəlzələ oldu
26 İyul 2025 21:03
Avstraliya sahillərində qızılla dolu holland gəmisi tapıldı
14 May 2025 10:17
Avstraliya sahillərində yeni ahtapot növü aşkar edilib…
21 May 2025 22:17
Qədim insanın əvvəllər məlum olmayan növünün qalıqları..?
14 Mart 2025 22:45
Avstraliya sahillərində 11 il əvvəl itən təyyarənin axtarışlarına başlanılıb
25 Fevral 2025 12:12

