Avstraliyada 17 yaşlı qız köpək balığının hücumu nəticəsində ölüb
Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avstraliyanın Kvinslend ştatında okean çimərliyində çimərkən köpək balığının hücumuna məruz qalan 17 yaşlı qız ölüb.
Avstraliya Yayım Korporasiyası ABC-nin məlumatına görə, Brisbane şəhərinin şimalında yerləşən Bribi adasındakı okean sahilində üzən gənc qız köpək balığının hücumuna məruz qalıb.
Səlahiyyətlilər, adanın cənub-şərqindəki Voorim çimərliyində üzən gənc qızın bədəninin yuxarı hissəsindən xəsarət aldığı hücumda öldüyünü təsdiqləyib.
Hücum xəbərindən sonra bölgəyə təcili tibbi yardım qruplarının getdiyini ifadə edən səlahiyyətlilər, Voorim çimərliyinin növbəti xəbərdarlığa qədər bağlandığını açıqlayıb.
Hadisə şahidlərindən biri olan Kristofer Potter yayımçıya ərazidə çoxlu köpək balığının olduğunu, lakin hadisənin sahilə bu qədər yaxın olmasının "şok edici" olduğunu deyib.
Xəbərdə hücuma məruz qalan gənc qızla bağlı başqa təfərrüatlar paylaşılmayıb.
Məlumdur ki, bu hücum Avstraliyanın Kvinslend əyalətində son 3 ayda 3-cü köpəkbalığı hücumudur.
"Woorim Beach" üzgüçülük, sörfinq və balıq ovu üçün məşhur ərazi kimi ifadə edilir.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 03 Fevral 2025 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















