Avstraliyada 3,5 milyard illik meteorit krateri kəşf edilib FOTO
Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qərbi Avstraliyanın Pilbara Kratonunda yerləşən North Pole Dome bölgəsində aparılan araşdırmalar zamanı 3,5 milyard il əvvəl yaranan böyük bir krater izləri aşkar edilib.
Sfera.az “TRT Haber” ə istinadən xəbər verir ki, tədqiqatı aparanlardan biri "Curtin" Universitetinin professoru Tim Conson olub.
O bildirib ki, bu kəşf dünyanın erkən dövrü ilə bağlı qəbul edilən bəzi elmi fərziyyələri mübahisələndirməyə səbəb olacaq.
“Bizim kəşfimizdən əvvəl məlum olan ən qədim meteorit krateri 2,2 milyard yaşındaydı. Bu yeni tapıntı, açıq-aşkar olaraq, dünyada kəşf edilmiş ən qədim kraterdir”-deyən professor Conson, kraterin mövcudluğunu müəyyən etmələrinə səbəb olan ən mühüm sübutlardan birinin “şok konusları” olduğunu bildirib.
Kraterin tapıldığı bölgə, Qərbi Avstraliyanın Pilbara bölgəsində, Marble Bar şəhərindən təxminən 40 kilometr qərbdə yerləşir. Alimlərin sözlərinə görə, bu struktur, saatda 36 min kilometrdən daha yüksək sürətlə dünyaya düşən bir meteorit nəticəsində yaranıb.
Bəsti Rəfizadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 15 Mart 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















