Icma.az
close
up
RU
Uzaq Şərqdə və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ edilib FOTO

Uzaq Şərqdə və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ edilib FOTO

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Soydaşlarımız ölkəmizin hüdudlarından çox-çox uzaqlarda yaşasalar da, milli kimliklərini qoruyub saxlayır, adət-ənənlərimizi yaşadır, mədəniyyətimizi təbliğ edirlər. Uzaq Şərqdə və Avstraliyada yaşayan azərbaycanlılar da hər zaman bu prinsipə sadiqdirlər. Onların Novruz bayramı münasibətilə təşkil etdikləri tədbirlər də bunun bariz nümunəsidir.

Yaponiya, Sinqapur və Avstraliyada yaşayan soydaşlarımız qədim tarixə malik bu bayramı böyük coşğu ilə qeyd ediblər.

Yaponiyanın Tanabe və Osaka şəhərlərində təşkil edilən bayram tədbirlərinə həmin ölkədə yaşayan soydaşlarımız, türklər, yaponlar qatılıb.

Vakayama prefekturası Tanabe şəhərinin Təhsil Komitəsinin “Life long learning” şöbəsinin nəzdindəki Beynəlxalq Əlaqələr Mərkəzində (International Exchange Center) baş tutan “Azərbaycanın Bahar Festivalı – Novruz” adlı tədbirdə adət-ənənələrimizin nümayiş olunduğu guşə yaradılıb, həmçinin Novruz bayramının rəmzi olan səməni, müxtəlif şirniyyat və mətbəx nümunələri təqdim olunub. Yaponiyada yaşayan diaspor fəalı, tədbirin təşkilatçısı, milli geyimdə olan soydaşımız Minarə Şükürlü ustad dərsləri təşkil edib. Ustad dərslərində yerli qonaqlara Novruzun dadlı təamları və milli yeməklərimizin bişirilmə qaydası nümayiş olunub. Soydaşımız tədbir iştirakçılarına Novruz bayramı, milli geyimlərimiz, rəqslərimiz, kəlağayı, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, eyni zamanda Azərbaycan çayı barədə ətraflı məlumat verib.

Yaponiyanın Osaka şəhərində soydaşlarımız Minarə Şükürlü və Emil Məmmədovun təşəbbüsü ilə keçirilən Novruz bayramı tədbirində yapon rəqqasələr Ayako Date və Akina Doinin ifasında Azərbaycan rəqsləri təqdim edilib. Soydaşımız Gülnar Məmmədovanın hazırladığı milli yeməklər, şirniyyatlar, Novruz atributları ilə bəzədilmiş guşə, azərbaycanlı uşaqların vətənpərvərlik mövzusunda və Novruza aid səsləndirdikləri şeirlər qonaqların marağına səbəb olub.

Sinqapur Respublikasında yaşayan soydaşlarımız da bir araya gələrək, ilk dəfə olaraq Novruz bayramını qeyd ediblər. Tədbir Cənub-Şərqi Asiya Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Sinqapur üzrə koordinatoru Nəcməddin Nəcəfovun təşəbbüsü ilə baş tutub. Tədbirdə Novruz bayramının adətlərinə uyğun olaraq yumurta boyanıb, şəkərbura və paxlava hazırlanıb. Bu gözəl bayramın və əvəzsiz ənənələrin gələcək nəsillərə ötürülməsinin vacibliyi diqqətə çatdırılıb. Avstraliyanın Brisben şəhərində türk xalqlarının Novruz bayramına həsr olunmuş “Azərbaycanlılar və Türkdilli Xalqların Əməkdaşlıq Tədbiri” adlı tədbiri keçirilib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avstraliya Azərbaycan Assosiasiyaları Alyansına daxil olan Kvinslenddə Azərbaycanın Milli Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirə türk dövlətlərinin diasporlarını bir araya gətirmək, zəngin mədəni irsini, ortaq dəyərlərini və dostluq əlaqələrini nümayiş etdirmək məqsədilə Azərbaycan, türk, özbək, qazax, qırğız və tatar icmaları dəvət olunub. 

Tədbirdə Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı diplomatik nümayəndəsi Vaqif Cəfərov, Avstraliya Tatar-Başqırd Assosiasiyasının rəhbəri Dilarə Vəliyeva, Yeni Cənubi Uels Tatar İrsi Assosiasiyasının rəhbəri Liliya Samiqullina, Mahalya Özbək Assosiasiyasının Kvinslend ştatı üzrə nümayəndəsi Elvina Qabaydullina, Avstraliya Etnik Şurasının idarə heyətinin üzvü Tracey Silvester, Kvinslend Könüllülər Klubunun sədri Mayk Butler, Avstraliya-Türkiyə Ticarət Palatasının nümayəndəsi Tugrul Durali, Kvinslend Multikultural İşlər Departamentinin icraçı direktoru vəzifəsini icra edən Kati Parton, Brisben Şəhər Şurasının üzvü Viki Hovard, Avstraliyanın Azərbaycan Cəmiyyətinin rəhbəri Mehnaz Behnam, Kanberra Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbəri Həcər Koç da daxil olmaqla, ümumilikdə 300 nəfərə yaxın qonaq iştirak edib. Şənlik çərçivəsində Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Tatarıstanın milli geyimlərindən, sənətkarlıq nümunələridən ibarət guşələr nümayiş olunub. Tədbirdə Azərbaycan Respublikasının Əməkdar artisti Sevinc Hüseynlinin, Reza Xodayari və Mahsa Qənbərinin, Özbəkistanın “Gulob” ansamblının artisti Natalya Solntsevanın, Türkiyənin “Siirt və Gaziantep Halay” xalq rəqs ansamblının, türk opera ifaçıları Damla Türkmen və Erkin Dönerkayanın, özbək ifaçısı Adele Beketovanın, tatar rəqs ansamblının üzvləri Guzalya Səfərova və Ayrat Fatıxovun, qazax rəqs qrupu “Nomad”ın ifaları nümayiş olunub.

Qeyd edək ki, Cənub yarımkürəsində ilk dəfə Brisben şəhərində ardıcıl iki ildir uğurla təşkil edilən bu layihənin məqsədi türkdilli icmaların mədəniyyətini geniş auditoriyaya tanıtmaq, gələcək illərdə daha genişmiqyaslı tədbirlər üçün əsas yaratmaq, Avstraliyada yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əməkdaşlığı gücləndirməkdir. Avstraliyada digər bir Novruz bayramı tədbiri Sidney şəhərində yaşayan Azərbaycan diaspor fəallarının təşkilatçılığı ilə qeyd olunub. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Tədbir çərçivəsində Novruza aid ənənələr və milli rəqslərimiz nümayiş olunub. 

Eyni zamanda Azərbaycan musiqisinə aid sual-cavab və yarışmalar keçirilib, qaliblər mükafatlandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Mart 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see1967

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see257

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see241

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see233

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see213

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see210

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see187

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see186

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see163

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see163

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see153

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see153

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see151

Bu qidalar bağırsaq xərçənginin düşmənidir

14 Noyabr 2025 20:08see150

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see149

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see134

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see134

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see132

“9990” və “7770” dən gələn zəng təhlükəlidir? RƏSMİ

14 Noyabr 2025 18:36see128

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri