Avstraliyada ərköyün dəniz fili küçələri bir birinə vurdu VİDEO
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Avstraliyanın ştatlarından birində yetkinlik dövrünün gətirdiyi hormonal dəyişikliklər səbəbindən aqressiv və çılğın davranan nəhəng dəniz fili yerli sakinlərin kabusuna çevrilib.
Bizim.Media xəbər verir ki, yerli əhali tərəfindən "Nil" adı verilən bu dəniz fili hələ yeniyetmə olmasına baxmayaraq, artıq təxminən bir ton çəkiyə malikdir.
Məlumata görə, Nil dərisini dəyişmək (molyasiya dövrü) üçün sahilə çıxır və burada öz yaş fərqliliyinə uyğun olan, ağlına gələn hər cür maraqlı, həm də təhlükəli çılğınlıqlarla məşğul olur.
Küçə nişanlarını çeynəyir, çəpərlərlə "dalaşır"
Küçələrdə tam mənası ilə anarxiya və xaos yaradan nəhəng heyvan yol kənarlarındakı təhlükəsizlik çəpərlərinə hücum edir, onları sındırır və yol hərəkəti konuslarını çeynəyərək yararsız hala salır. Şəhər mühitində özünə "əyləncə" tapan bir tonluq yeniyetmənin bu hərəkətləri sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb. İstifadəçilər onun çılğın görüntülərinə "Həyatda əsl xoşbəxtliyin nə olduğunu tapmış tək canlı" kimi şərhlər yazıblar.
Mütəxəssislər heyvanın yetkinlik dövründə olduğunu və bu cür davranışların onun təbii inkişaf prosesinin bir parçası olduğunu bildirərək, yerli sakinləri Nillə yaxın məsafədən təmasda olmamaq barədə xəbərdar ediblər.
Bizim.Media
Baxış sayı:165
Bu xəbər 28 İyun 2026 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















