Avstraliyada fırtına 90 mindən çox evi işıqsız qoyub
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Fırtına səbəbindən Avstraliyada təxminən 90 min ev işıqsız qalıb, elektrik kəsilməsi xüsusilə Viktoriya və Kvinslend ştatlarına təsir edib.
"Report"un məlumatına görə, bu barədə "ABC" və "The Australian" məlumat yayıb.
Qeyd olunub ki, Kvinslenddə 67 mindən çox ev axşam saat 19:00-a (Bakı vaxtı ilə 14:00) qaranlığa qərq olub. Ştatın bir sıra digər şəhərlərinin də qasırğadan təsirlənəcəyi ehtimal edilir.
"ABC" telekanalının məlumatına görə, Viktoriya ştatında elektrik enerjisinin kəsilməsi 25 mindən çox evə təsir edib. Ən çox ştatın paytaxtı Melburn və qərb bölgəsi zərər çəkib.
Avstraliya Meteorologiya Bürosunun baş sinoptikçisi Miriam Bredberinin sözlərinə görə, güclü yağış daşqınlara səbəb ola bilər. O əlavə edib ki, mövcud hava şəraiti gələn həftə ərzində də davam edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 26 Oktyabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















