Icma.az
close
up
RU
Avstraliyada siklon səbəbindən 83 mindən çox ev işıqsız qalıb

Avstraliyada siklon səbəbindən 83 mindən çox ev işıqsız qalıb

Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.

Tropik “Alfred” siklonunun Avstraliya sahillərinə çatması nəticəsində 83 mindən çox evin elektrik enerjisi kəsilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qitənin şərqində paylayıcı şəbəkələrə xidmət göstərən “Essential Energy” enerji şirkəti məlumat yayıb.

Məlumata görə, cümə günü, martın 7-də səhər saatlarında Yeni Cənubi Uels ştatında azı 43 min ev və müəssisə işıqsız qalıb, daha əvvəl Kvinslend ştatında daha 40 min ev təsərrüfatı elektrik xətlərinə çıxışı itirib. “Təmir briqadalarının işi gecə saatlarında siklonun yaxınlaşması nəticəsində hava şəraitinin xeyli pisləşməsi ilə əlaqədar dayandırılıb”, - şirkətdən bildirilib.

Avstraliya hökumətinin meteoroloji bürosu, siklonun artıq materikə daxil olduğunu, cənub-şərq Kvinslend və Yeni Cənubi Uelsin bəzi hissələrinə güclü yağış və güclü külək gətirdiyini, lakin fırtınanın ən pisinin hələ qarşıda olduğunu xəbər verib.

Avstraliyanın Baş naziri Entoni Albaneze Yeni Cənubi Uels ştatına təcili yardım etmək üçün Müdafiə Nazirliyinin 120 hərbi qulluqçusundan ibarət ilk kontingenti göndərib. Onların fövqəladə və xilasetmə qruplarına kömək edəcəkləri və cümə günü səhər sakinlərin təxliyə edildiyi Nyu Brayton qəsəbəsindəki evləri yoxlayacaqları gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 07 Mart 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri