Avstraliyadan Azərbaycana kiloqramı 35 manata gilas gətirilib
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana xarici ölkələrdən 351 ton 80 kiloqram təzə albalı və gilas idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan məhsulların ümumi dəyəri 476,9 min dollar olub.
İdxal edilən albalı və gilasın 1 kiloqramının orta gömrük dəyəri 1 dollar 36 sent (2 manat 31 qəpik) təşkil edib.
Qeyd edək ki, təzə albalı və gilas Azərbaycana bu ölkələrdən gətirilib:
Türkiyə – 242,44 ton (1 kiloqramının orta gömrük dəyəri 2 manat 29 qəpik);
İran İslam Respublikası – 108,31 ton (2 manat 29 qəpik);
Çili – 0,19 ton (14 manat 23 qəpik);
Çin – 0,07 ton (21 manat 37 qəpik);
Argentina – 0,04 ton (13 manat 60 qəpik);
Avstraliya – 0,03 ton (34 manat 57 qəpik).
Elnur Əli
Bu mövzuda digər xəbərlər:İrandan Azərbaycana 1 242 ton forel gətirilib Kiloqramı 7,2 manata
22 May 2025 05:25
Bu ölkədən Azərbaycana kiloqramı 98 manata it pişik yemi gətirilib
29 İyun 2026 14:28
Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib
10 Oktyabr 2026 15:35
Avstraliyadan Çinə ağır zərbə
01 Aprel 2025 17:26
İran səfiri Avstraliyadan QOVULDU
26 Avqust 2025 09:57
Baxış sayı:139
Bu xəbər 11 Oktyabr 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















