Bu ölkədən Azərbaycana kiloqramı 98 manata it pişik yemi gətirilib
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xarici ölkələrdən 3 478,67 ton qablaşdırılmış it və pişik yemləri idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan qablaşdırılmış it və pişik yemlərinin ümumi gömrük dəyəri 5 milyon 989,2 min dollar olub.
Beləliklə, idxal edilən qablaşdırılmış it və pişik yemlərinin 1 kiloqramının orta gömrük dəyəri 1,72 dollar (2,9 manat) təşkil edib.
Məlumat üçün bildirək ki, bu dövrdə qablaşdırılmış it və pişik yemləri ən aşağı qiymətə Gürcüstandan, ən baha qiymətə isə Latviyadan idxal edilib. Gürcüstandan gətirilən məhsulun 1 kiloqramının orta gömrük dəyəri 1,35 manat, Latviyadan gətirilən məhsulun 1 kiloqramının orta gömrük dəyəri isə 97,6 manat olub.
Qeyd edək ki, idxal olunan qablaşdırılmış it və pişik yemləri Azərbaycana bu ölkələrdən gətirilib:
Rusiya – 1 534,81 ton (1 kiloqramının orta gömrük dəyəri 2,8 manat);
Türkiyə – 926,55 ton (2,2 manat);
Ukrayna – 277,02 ton (3,1 manat);
Gürcüstan – 186,39 ton (1,35 manat);
İtaliya – 172,72 ton (3,8 manat);
Fransa – 150,24 ton (5,97 manat);
Almaniya – 66,68 ton (5,1 manat);
Portuqaliya – 51,98 ton (1,7 manat);
Litva – 39,59 ton (5,3 manat);
Polşa – 33,59 ton (6 manat);
Çexiya – 9,58 ton (6,6 manat);
Belçika – 9,24 ton (10,3 manat);
Tailand – 6,94 ton (9,7 manat);
Serbiya – 6,45 ton (5,4 manat);
Çin – 3,17 ton (14,2 manat);
Macarıstan – 1,99 ton (3,2 manat);
Niderland – 1,58 ton (23,75 manat);
Latviya – 0,05 ton (97,6 manat);
Avstriya – 0,07 ton (28,2 manat);
Hindistan – 0,03 ton (27,2 manat).
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Bu ölkədən Azərbaycana yırtıcı quşlar gətirilib 238 manata
21 Aprel 2026 10:13
Azərbaycana bu ölkədən bir kiloqramı 16 manata sarıkök gətirilir ÖLKƏLƏR, QİYMƏTLƏR
10 Dekabr 2024 13:59
Azərbaycana 18 ölkədən 13,8 milyon dollarlıq it və pişik yemləri gətirilib Siyahı
17 Dekabr 2025 12:47
Avstraliyadan Azərbaycana kiloqramı 35 manata gilas gətirilib
11 Oktyabr 2026 11:28
Bu ölkədən it pişik yemi almaq üçün milyonlar xərcləyirik
25 Mart 2026 10:15
Baxış sayı:119
Bu xəbər 29 İyun 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















