Avstraliyanın Baş naziri Endryunun varislikdən məhrum edilməsini dəstəkləyib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
London, 23 fevral, AZƏRTAC
Avstraliyanın Baş naziri Entoni Albaneze bəyan edib ki, ölkəsi Endryu Mountbatten Vindzorun Böyük Britaniya taxt-tacına varislik xəttindən çıxarılması ilə bağlı istənilən təşəbbüsü dəstəkləməyə hazırdır.
AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerə ünvanladığı məktubda bildirib.
Məktubda qeyd olunub ki, qanun indi tam şəkildə öz axarı ilə getməlidir.
Məlumata görə, Kir Starmer Endryunun varislik xəttindən çıxarılmasını nəzərdə tutan qanunvericilik təşəbbüsünü gündəmə gətirməyi nəzərdən keçirir. Bu addım onun gələcəkdə kral olmaq ehtimalını aradan qaldırmağa yönəlib.
Keçmiş York hersoqu ötən həftə dövlət vəzifəsində mümkün qanunsuzluq şübhəsi ilə saxlanılıb. İddialara görə, o, Böyük Britaniyanın ticarət nümayəndəsi kimi fəaliyyət göstərdiyi dövrdə maliyyəçi və pedofiliya ittihamları ilə məhkum olunmuş Cefri Epşteyn ilə məxfi məlumatlar bölüşüb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 23 Fevral 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















