Avstraliyanın baş naziri seçki kampaniyası zamanı səhnədən yıxıldı
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Avstraliya Baş naziri Entoni Albanizi seçki kampaniyası zamanı səhnədən yıxılaraq izləyiciləri təəccübləndirib. Lakin o, dərhal toparlanaraq vəziyyətinin yaxşı olduğunu bildirib.
BAKU.WS son dakika-ya istinadən xəbər verir ki, hadisə kameralar tərəfindən qeydə alınıb.
62 yaşlı İşçi Partiyasının lideri Yeni Cənubi Uelsdə keçirilən Mədən və Enerji Həmkarlar İttifaqının Konfransında çıxışını tamamladıqdan sonra foto çəkdirərkən geriyə addım atıb. Bu zaman o, tarazlığını itirərək səhnədən yıxılıb. Hadisə zalda şaşkınlıqla qarşılanıb.
Albanizi sürətlə ayağa qalxaraq əllərini qaldırıb və hər şeyin qaydasında olduğunu göstərib. Daha sonra Avstraliya Yayım Korporasiyasına verdiyi müsahibədə hadisəni belə izah edib: "Sadəcə bir addım geri atdım. Səhnədən tam düşmədim, yalnız bir ayağım aşağı sürüşdü, amma hər şey qaydasındadır."
Baş nazir hazırda 3 mayda keçiriləcək ümummilli seçkilər üçün kampaniyasını davam etdirir. Sorğular göstərir ki, onun rəhbərlik etdiyi İşçi Partiyası ilə Piter Dattonun liderlik etdiyi mühafizəkar Liberal-Milli müxalifət arasında gərgin mübarizə gedir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 03 Aprel 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















