Icma.az
close
up
RU
Avstriya Rusiyaya qarşı yeni sanksiyalar paketini təxirə salır

Avstriya Rusiyaya qarşı yeni sanksiyalar paketini təxirə salır

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Avstriyanın Raiffeisen Bankına 2 milyard avrodan çox təzminat ödənilməsini nəzərdə tutan sxemlə bağlı mübahisə Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin təsdiqini gecikdirib.

Bloomberg yazır ki, Avstriya Aİ-dən iş adamı Oleq Deripaska ilə əlaqəli aktivlərin Raiffeisen-ə ötürülməsi üçün sanksiyaların ləğvini tələb edir. Rəsmi Vyana, həmçinin Deripaska və Dmitri Beloglazova bağlı üç şirkətə – Rasperia, İliadis və Tittul-a tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını istəyir.

Bu addım Raiffeisen-ə Avstriyanın Strabag tikinti şirkətindəki (təxminən 2,3 milyard avro dəyərində) payını köçürməyə imkan verəcək. Qeyd olunur ki, Rusiya məhkəməsi bu payla bağlı mübahisəyə görə bankı 2 milyard avrodan çox təzminat ödəməyə məcbur edib.

Financial Times yazır ki, Avstriyanın təklifi yeni sanksiya layihəsinə “dondurulmuş aktivlərin müəyyən hallarda azad edilməsinə icazə verən istisna” kimi daxil edilib. Lakin Aİ-nin bir çox üzv dövlətləri bu qərarın digər sanksiyaya məruz qalan şəxslər üçün presedent yaradacağından ehtiyat edir.

Aİ Nazirlər Şurasının sənədlərinə əsasən, sözügedən səhmlərin köçürülməsi üzrə əməliyyatlar yalnız “kağız üzərində” aparılıb. Avstriyanın irəli sürdüyü sxemin reallaşması isə faktiki olaraq Rusiya məhkəməsinin qərarını yerinə yetirmək anlamına gələcək.

Atlantik Şurasının eksperti Loukas Andriukaitis xəbərdarlıq edib ki, bu hal digər Aİ bankları və Rusiyada aktivləri qalmış şirkətlər üçün “oxşar istisnalar tələb etmək üçün təhlükəli presedent” yarada bilər.

Günay

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Oktyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri