Icma.az
close
up
RU
Zelenski Rusiyaya qarşı “xüsusi” sanksiyalar paketini təsdiqləyib

Zelenski Rusiyaya qarşı “xüsusi” sanksiyalar paketini təsdiqləyib

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib.

APA-nın xəbərinə görə, Ukrayna Prezidenti bu barədə “Telegram” kanalında paylaşım edib.

Volodimir Zelenski qeyd edib ki, bu paket əvvəlkilərdən fərqli olaraq “xüsusi” xarakter daşıyır və əsasən Rusiya Federasiyasının maliyyə sxemlərini, o cümlədən kriptovalyuta əməliyyatlarını hədəfə alır: “Söhbət bir çox rus maliyyə sxemlərinə, xüsusilə də kriptovalyuta əməliyyatlarına yönəlmiş xüsusi sanksiyalardan gedir. Bu sanksiyalar Ukrayna Milli Bankının təqdimatı əsasında hazırlanıb”.

Ukrayna Prezidenti bildirib ki, bu sanksiya paketi Ukraynanın beynəlxalq tərəfdaşları ilə tam şəkildə sinxronlaşdırılıb: “Rusiya sanksiyalar siyahısına daxil edilmiş bir şirkət vasitəsilə milyardlarla dollar vəsaiti əsasən hərbi və sənaye ehtiyacları üçün köçürüb. Təbii ki, bu sxemlərin hamısını dayandıracağıq. Hazırda Rusiyanın bir çox ənənəvi maliyyə kanalları bağlandığı üçün onlar kriptovalyuta hesablaşmalarına keçirlər”.

Yeni sanksiyalar 60 şirkət və 73 fiziki şəxsi əhatə edir

Zelenski nəzərə çatdırıb ki, yeni sanksiyalar paketinə 60 hüquqi şəxs, o cümlədən Rusiya vətəndaşları olan 73 fiziki şəxs daxildir: “Bu hüquqi şəxslərlə bağlı biz tərəfdaşlarımızla birlikdə işləyəcəyik ki, sanksiyaları sinxronlaşdıraq. Yəni bizim sanksiyalarla Avropa İttifaqının, bizim və dünyanın digər əhəmiyyətli yurisdiksiyalarının tədbirləri arasında uyğunluq yaradaq”.

Məqsəd Rusiyanı müharibəni dayandırmağa məcbur etməkdir

Zelenski vurğulayıb ki, asan olmasa da, ümumi məqsəd aydındır: “Məqsəd Rusiyanı müharibəni dayandırmağa məcbur etmək və onun hərbi-sənaye potensialını maksimum dərəcədə məhdudlaşdırmaqdır. Sanksiyalar artıq Rusiyanı gələcəkdən məhrum edir və onun sisteminin gündəlik fəaliyyətini ciddi şəkildə çətinləşdirməlidir,”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 İyul 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri