Icma.az
close
up
RU
Avstriyadakı azərbaycanlılar Qarabağ a dəstək oldular

Avstriyadakı azərbaycanlılar Qarabağ a dəstək oldular

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın idman şərəfini beynəlxalq arenalarda ləyaqətlə təmsil edən “Qarabağ” Futbol Klubu 2 iyul – 15 iyul 2025-ci il tarixləri arasında Avstriya Respublikasında təlim-məşq toplanışında oldu. Avropa arenasında qazandığı uğurlarla ölkəmizin futbol tarixində yeni səhifələr açan bu komanda üçün sözügedən toplanış yeni mövsümə hazırlıq baxımından xüsusi əhəmiyyət kəsb edirdi.

Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Məşədiəzizli bildirib ki, “Qarabağ” FK-nın Avstriyadakı təlim prosesi yüksək aparıcısıdır və peşəkar səviyyədə təşkil olunmuşdu. Komanda bu müddət ərzində beynəlxalq arenada tanınmış və güclü klublardan olan Ukraynanın “Metalist Xarkov”, Niderlandın “Tvente” və Avstriyanın aparıcı klubu “Red Bull Salzburg”la yoldaşlıq görüşləri keçirdi. Bu oyunlar həm komandanın taktiki hazırlığı, həm də fiziki durumu baxımından olduqca səmərəli keçdi. Oyunlarda nümayiş olunan ruh yüksəkliyi, komandanın hazırkı forması, istər baş məşqçi Qurban Qurbanovun rəhbərliyi, istərsə də oyunçuların əzmkarlığı “Qarabağ” FK-nın qarşıdakı mövsümdə də uğurlarını davam etdirəcəyinə əminlik yaradır.

Lakin bu uğurlu təlim-məşq toplanışının mühüm bir tərəfi də diaspor dəstəyi idi. Avstriyada yaşayan Azərbaycanlılar olaraq biz – Avstriya Azərbaycanlıları Cəmiyyəti – komandamızı bu çətin hazırlıq dövründə bir an belə tək buraxmadıq. “Qarabağ” təkcə bir futbol klubu deyil, eyni zamanda Qarabağ adını daşıyan, bu torpağın azadlığı və şərəfi uğrunda mübarizə simvoluna çevrilmiş bir komandadır. Bu səbəbdən də onun uğuru bizim hər birimiz üçün milli qürur məsələsidir.

Biz hər gün komandanın məşqlərində iştirak etdik, oyunçularla görüşərək onlara mənəvi dəstəyimizi göstərdik. Səfərdə olmalarına baxmayaraq, onlar özlərini doğma vətəndəki kimi hiss etdilər. Yoldaşlıq oyunları zamanı tribunadan ucaltdığımız Azərbaycan bayrağı, səsləndirdiyimiz şüarlar, komandamıza verdiyimiz dəstək həm “Qarabağ” FK-nın üzvləri, həm də yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. Bizi tribunada görmək, komandaya ruh vermək məqsədilə gəlib iştirak edən soydaşlarımızın sayı gündən-günə artdı. Bu, diasporumuzun həmrəyliyinin və milli birliyimizin təzahürüdür.

Komandanın baş məşqçisi Qurban Qurbanov da bu dəstəyi xüsusi qeyd etdi. O, Avstriyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına – xüsusilə Avstriya Azərbaycanlıları Cəmiyyətinə və Salzburg Azərbaycan Evinə göstərilən diqqət və dəstəyə görə öz təşəkkürünü bildirdi. Red Bull Salzburg ilə keçirilən yoldaşlıq oyunu başa çatdıqdan sonra isə çox mənalı və simvolik bir jest edildi: “Qarabağ” FK-nın bütün üzvləri tərəfindən imzalanmış rəsmi komanda köynəyi Avstriya Azərbaycanlıları Cəmiyyətinə və Salzburg Azərbaycan Evinə hədiyyə olundu. Bu jest bizim üçün təkcə bir təşəkkür deyil, həm də gələcəkdə milli dəyərlərimizə daha da sıx bağlanmaq üçün motivasiya mənbəyidir.

Bu gün Avropanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar olaraq biz hər yerdə vətənimizin təbliğatçılarıyıq. İdman, mədəniyyət, elm və digər sahələrdə fəaliyyət göstərən hər bir soydaşımızı dəstəkləmək bizim həm mənəvi borcumuzdur, həm də milli məsuliyyətimiz. “Qarabağ” FK bu mənada sadəcə bir idman komandası deyil – o, Vətənimizin səsini Avropada ucaldan bir rəmzdir. Hər bir uğuru, hər bir qələbəsi Azərbaycanın gücünü, əzmini, mədəni irsini təmsil edir.

Avstriya Azərbaycanlıları Cəmiyyəti olaraq gələcəkdə də komandamıza dəstək göstərmək üçün bütün gücümüzlə çalışacağıq. Vətənimizdən uzaqda olsaq da, qəlbimizdəki Azərbaycan sevgisi bizi birləşdirir. “Qarabağ” FK-nın Avstriyada keçirdiyi bu təlim toplanışı sübut etdi ki, xaricdə yaşayan azərbaycanlılar milli dəyərlərinə sadiqdir, vətənə bağlıdır və birlikdə güclüdür.

Uğurlar səninlə olsun, “Qarabağ”!

Səninləyik, Azərbaycan!

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 İyul 2025 07:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri