Icma.az
close
up
RU
Avtobus problemi “Aylıq gəlirimizi taksilərə veririk” FOTO

Avtobus problemi “Aylıq gəlirimizi taksilərə veririk” FOTO

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Ölkəmizin bir çox bölgələrində rayondaxili avtobuslarun fəaliyyət göstərməsinə baxmayaraq Beyləqan ərazisində hələ də marşrut xətti yoxdur. Avtosfer.az xəbər verir ki, bu barədə rayon sakinləri bununla bağlı “Bizim.Media”ya öz narazılıqlarını bildiriblər. Beyləqan sakini Türkan Məmmədovanın sözlərinə görə, hər gün 2-3 km məsafəni ayaqla qət etmək məcburiyyətində qalır.

“Rayonumuzun ərazisi çox böyükdür. Buna baxmayaraq hələ də rayondaxili avtobuslar fəaliyyət göstərmir. Mənim evim rayonun qurtaracağında, iş yerim isə rayonun mərkəzində yerləşir.

Hər səhər 3 yaşlı körpəmlə 2-3 km məsafəni ayaqla getməyə məcbur oluram. Bəzən hava yağışlı, bəzən isə həddindən artıq isti olur. Belə hallarda oğlumu bağçaya aparanda uşaq yolda xəstələnir və günlərlə mən əziyyət çəkirəm”.

Digər rayon sakini Cümşüd Əzimov isə bildirir ki, artıq taksiyə pul verməkdən təngə gəlib:

“Rayonda hər kəsin maşını yoxdur. Rayonun bu başından digər başına qədər olan məsafə 8-9 km-dən çox olar. Biz hər dəfə bir iş arxasınca gedəndə mütləq şəkildə taksi çağırmaq məcburiyyətində qalırıq. Taksilər də adambaşı  2-3 manatdan aşağı aparmırlar. Bunun qocası var, xəstəsi var, hamı ayaqla hərəkət edə bilmir. Aylıq gəlirimizi demək olar ki, taksilərə veririk.

Axı nə səbəbə 0.50 qəpiklik yolu biz 5-6 manata gedib qayıtmalıyıq? İllərdir bu problem öz həllini tapmır. Dəfələrlə aidiyyəti orqanlara  müraciət etsək də, məsələ ilə maraqlanan olmayıb.

Xahiş edirik bu məslənin həllində bizə köməklik göstərəsiniz”.

Biz də məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinin rəhbəri Tural Orucovla əlaqə saxladıq. Onun cavabı isə belə oldu:

"Hazırda ölkənin bütün rayon və şəhərlərinin nəqliyyat şəbəkəsi geniş təhlil olunur və nəticələrə uyğun olaraq marşrut xətləri mərhələli qaydada müsabiqəyə təqdim edilir. Beyləqan şəhəri üzrə də ictimai nəqliyyatın keyfiyyətinin artırılması məqsədi ilə tədbirlərin görülməsi nəzərdə tutulub".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 May 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri