Icma.az
close
up
RU
Taksilərə avtobus zolağında sərnişin mindirib düşürməyə icazə veriləcək?

Taksilərə avtobus zolağında sərnişin mindirib düşürməyə icazə veriləcək?

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda taksilərin avtobus zolaqlarına daxil ola bilməməsi həm sərnişinlərin, həm də sürücülərin işlərini çətinləşdirir. Odur ki, paytaxt sakinləri, ictimaiyyət nümayəndələri təklif edirlər ki, taksilərə ən azından sərnişini mindirib-düşürərkən avtobus zolaqlarına daxil olmasına icazə verilsin.

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Redaktor.az-a bildirdi ki, avtobus zolaqları çəkilən zaman başlıca məsələrdən biri də şəhərdə fəaliyyət göstərən taksilərin zolaqdan istifadə etməsinə şərait yaradılacaqmı məsələsi idi.

"Məsələnin mahiyyəti ondan ibarətdir ki, daxil olan taksilərin qanuni fəaliyyəti, yəni onların lisenziyalaşmış taksilər, yoxsa kütləvi şəkildə olan taksilər olması məsələsidir. Daha sonra isə zolaqların zəbt olunması məsələsi işıqlandırıldığı üçün bu mövzu arxa plana keçdi. Hazırda taksilərin fəaliyyəti üçün əsas mahiyyət ondan ibarət olmalıdır ki, fəaliyyət göstərəcək taksilər vətəndaşların məmuniyyətini qazana bilsin, onların keyfiyyətlərini özündə ehtiva edə bilsin. Bundan sonra nələrisə danışmaq olar. Əks halda yenə də problemlər yaranacaq. Bu mövzu ara-sıra gündəmə gəlir, amma zolaqdan birgə istifadə imkanı hələ ki, real görünmür. Çünki belə halda sui-istifadə halları çoxalacaq”, - deyə ekspert qeyd etdi.

Qeyd edək ki, taksi sürücüləri avtobus zolağında sərnişin mindirib-düşürdükdə 100 manat, avtobus zolağının yanında sərnişin mindirib-düşürdükdə isə 80 manat cərimə olunurlar.

Gülər HƏSƏNLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Aprel 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see180

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see137

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see134

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see130

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see126

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see126

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see125

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see124

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see124

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see123

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see123

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see123

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri