Icma.az
close
up
RU
Avtobus qəzalarının baş verməsinin günahkarı sürücülər deyil: Bakı qara hazır deyildi!

Avtobus qəzalarının baş verməsinin günahkarı sürücülər deyil: Bakı qara hazır deyildi!

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Ötən gün qarlı və şaxtalı hava şəraitində Bakı şəhəri və ətraf ərazilərdə fəaliyyət göstərən 40-dan çox avtobus əsasən fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar nəticəsində zədələnib. 

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, qəzalarda sərnişinlər arasında xəsarət alan olmayıb. 

Qeyd edək ki, 21 fevral tarixindən Bakıda və respublikanın bölgələrində qarlı və şaxtalı hava şəraiti müşahidə edilir.


Nəqliyyat problemləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu qəzaların qarşısını almaq üçün ilk növbədə avtomobil yollarında təmizlənmə işləri həyata keçirilməlidir:


“Çünki avtomobillər, o cümlədən ictimai nəqliyyatın, avtobus seqmenti rahatlıqla bir nöqtədən digər nöqtəyə gedib çata bilsin. Təəssüflə qeyd etmək lazımdır ki, Bakı şəhərinin çox az küçələrində bu təmizlənmə işləri həyata keçirilib. Bir sıra küçələrdə təmizlənmə işləri həyata keçirilməyib və bu səbəbdən də həmin avtobus qəzaları baş verib. Yəni bu avtobus qəzalarının baş verməsinin günahkarı əslində avtobus sürücüləri deyil".


Nəqliyyat eksperti Yasin Mustafayev isə bildirdi ki, ümumiyyətlə biz qara hazır deyilik:


“Yəni qar infrastruktur, sürücü və insanların psixologiyasında tam oturuşmayıb. Həmçinin neçə illərdir belə qar yağmır,  buz olmur. Buna görə də anlıq insanlar şok vəziyyətinə düşüb. Sürücülər və sərnişinlərdə də eyni vəziyyət yaranıb. Düzdür, çox adam fərdi nəqliyyat vasitəsindən istifadə etmədi, amma ictimai nəqliyyat işlədi. Əslində qış təkəri sürüşməməlidir sürüşürsə, deməli burada nəsə problem var. Eyni zamanda sürücülərin təcrübəsi də burada çox böyük rol oynayır. Düşünürəm ki,  təcrübəli sürücülərdir, yəni bir və ya üç ilin sürücülərini avtobus idarə etsin  deyə əyləşdirməzlər. Ancaq qış təkərləri olsaydı, məncə, bu qədər  sürüşmələr olmazdı. Ümumiyyətlə, qış gəldi, ya temperatur beş dərəcə aşağı endisə o zaman bütün avtomobillərdə qış təkərləri tətbiq edilməlidir. Adi təkərlər beş dərəcədən aşağı hava olan zaman keyfiyyətini itirir, sərtləşir və ilişkənlik azalır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Fevral 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri