Icma.az
close
up
RU
“Bu hərakatın baş verməsinin günahkarı elə molla rejiminin özüdür POLİTOLOQ

“Bu hərakatın baş verməsinin günahkarı elə molla rejiminin özüdür POLİTOLOQ

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Amerika Birləşmiş Ştatlarının bu vəsaiti İrana ödəməsi tamamilə mümkünsüz bir şeydir. Bu, sadəcə olaraq, İran məhkəməsinin çıxardığı bir qərardır və Amerika Birləşmiş Ştatları üçün heç bir hüquqi əsası yoxdur”.

Bu fikirləri Hurriyyet.az-a politoloq Zeynal Əmrəliyev İran məhkəməsinin ABŞ-ı 2022-ci ildə ölkədə baş verən etirazlardakı rolu səbəbindən 22 milyard dollar cərimələməsi ilə bağlı danışarkən qeyd edib.

Z. Əmrəliyevin sözlərinə görə, əslində, bu beynəlxalq hüquq nöqteyi-nəzərindən mübahisəli bir məsələdir: “Çünki hansısa bir dövləti öz ölkəsində baş verən hadisələrə görə ittiham edərək, ondan təzminat tələb etmək mübahisə yaradır. Əlbəttə, beynəlxalq hüquqda belə bir presedent var. Bu, mümkündür. Sadəcə olaraq, indi qlobal dünyada olan reallıqlarla üst-üstə düşmür. Yəni söhbət dünyada olan reallıqlardan gedir. Dərindən fikirləşəndə, analiz edəndə görürsən ki, indiki dövrdə kiminsə kimdənsə pul alması çətin məsələdir. Bəli, təzminat məsələləri ola bilər. Yəni olubdur da, indi də var. Bu, təbii ki, öz yoluna qoyulmalı məsələdir. Ancaq Amerika Birləşmiş ştatları kimi, bir ölkədən İranın hansısa bir formada təzminat alması inandırıcı deyil”. 

Z.Əmrəliyev diqqətə çatdırıb ki, ABŞ İranın özünə qarşı ağır sanksiyalar tətbiq edib: “Faktiki olaraq, İran iqtisadiyyatı ABŞ-ın sanksiyaları səbəbindən çökmüş vəziyyətdədir. Belə olduğu halda, yenidən İranın Amerika Birləşmiş Ştatlarından pul tələb etməsi reallıqla səsləşməyən bir qərardır. Məhsa Əmininin öldürlüməsi ilə bağlı baş iğtişaşlarda təbii ki, xarici təsirlər ola bilər. Bu, istisna deyil. Ancaq bu, ümumi bir İran mitinqi idi və demək olar ki, Məhsa Əminin oldürülməsindən sonra, ümumi bir mitinqə çevrilmişdi. Yenə deyirəm, xarici qüvvələrin təsir istisna deyil, ancaq bu mitinqlərin əsası qüvvəsi İranda olan rejimin həmin səsləndirdiyi fikirlər idi, yəni o rejimin alt bazası idi. Əslində, bu hərakatın baş verməsinin ən böyük günahkarı elə indiki rejim özüdür. Yəni burada xarici təsirlərin rolu olsa belə, minimumdur”.

Qeyd edək ki, İran Ədliyyə Nazirliyinin sözçüsü Əsğər Cahangir bildirib ki, İran məhkəməsi ABŞ-ı 2022-ci ildə ölkədə baş verən etirazlardakı rolu səbəbindən 22 milyard dollar məbləğində cərimələyib.

Əsğər Cahangirin sözlərinə görə, həmin ilin payızında Məhsa Əmininin ölümü ilə bağlı olaraq, etiraz aksiyalarında həlak olan və yaralananların ailələrindən 307 nəfər ABŞ hökumətinə, həmin ölkənin dövlət və hərbi rəsmilərinə qarşı hüquqi iddia qaldırıb.

CAVİD

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Dekabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri