Avtobus zolağından hansı avtomobillər istifadə edə bilər? RƏSMİ CAVAB
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Təcili yardım maşınlarının avtobus zolağından istifadəsi məsələsi cəmiyyətdə tez-tez müzakirə olunur və suallar doğurur. Digər tərəfdən isə, təcili tibbi yardım xidmətlərinin gecikmədən xəstə və ya yaralıya çatması həyati əhəmiyyət kəsb edir, bu zaman xüsusi zolaqlardan istifadə vacib olur.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı baku.ws-in TƏBİB-ə ünvanlandığı sorğuya cavab olaraq bildirilib ki, "Yol hərəkəti haqqında" Qanuna əsasən, xüsusi hərəkət zolaqlarından ictimai nəqliyyat və operativ xidmət avtomobilləri istifadə edə bilər. Buraya təcili tibbi yardım, polis, yanğından mühafizə və qəza-xilasetmə vasitələri daxildir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib ki, operativ nəqliyyat vasitələri, o cümlədən ambulanslar, avtobus zolaqlarından qanuni şəkildə istifadə edə bilərlər.
Beləliklə, sürücülər bilməlidir ki, təcili tibbi yardım üçün nəzərdə tutulmuş avtomobillərin avtobus zolağından istifadəsi qanunidir və bu, həyati əhəmiyyətli xidmətlərin vaxtında çatdırılmasını təmin edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 06 Yanvar 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















