Icma.az
close
up
RU
Avtobusda siqaret çəkən sürücü ona irad bildirən sərnişini döydü CƏZA

Avtobusda siqaret çəkən sürücü ona irad bildirən sərnişini döydü CƏZA

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəzər Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Elmir Qurbanovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, hadisə 23 sentyabr 2024-cü il tarixdə, saat 15:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Mehriban Qonşular” adlı kafenin yaxınlığında qeydə alınıb.

Belə ki, Elmir Qurbanov yol vərəqəsi əsasında sürücü olaraq idarə etdiyi “Karsan” markalı 160 saylı marşrut xətt avtobusunda hərəkətdə olarkən sükan arxasında siqaret yandırıb çəkib. Həmin vaxt avtobusda sərnişin kimi əyləşmiş zərərçəkmiş Natiq Göyüşzadə (soyadı şərtidir) ona siqareti söndürməsini, əks halda ondan şikayət edəcəyini deyib, siqaretin tüstüsünü ətrafa yayıb sərnişinlərin səhhətinə pis təsir göstərməsini bildirib. Lakin təqsirləndirilən şəxs zərərçəkmişin haqlı iradına məhəl qoymayıb, Natiqlə mübahisə edib. Sonra o, avtobusu yaxınlıqdakı dayanacaqda saxlayaraq sükan arxasından qalxıb zərərçəkmiş şəxs tərəfə gələrək ona müqavimət göstərib. Elmir əvvəlcə avtobusun salonunda digər sərnişinlərin gözü qarşısında Natiqin ünvanına uca səslə təhqiramiz ifadələr işlədib, xuliqanlıq niyyəti ilə onu söyüb təhqir edib. Sonra zərərçəkmiş şəxsin baş və bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə bir neçə dəfə vurub. Daha sonra isə o, Natiqi avtobusdan itələyib çıxardıb, dayanacaqda yerə yıxıb, onun baş və bədəninin müxtəlif nahiyələrindən təkrarən yumruq və təpiklə bir neçə dəfə vuraraq xəsarət yetirib.

Hadisədən sonra Elmir Qurbanov saxlanılıb və barəsində polisin nəzarəti altında vermə qətimkan tədbiri seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 13 Avqust 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri