Icma.az
close
up
RU
Avtobuslar boş olsa da dayanacaqdan keçib gedir Sərnişinlər niyə gözləməli olur? AÇIQLAMA

Avtobuslar boş olsa da dayanacaqdan keçib gedir Sərnişinlər niyə gözləməli olur? AÇIQLAMA

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Son vaxtlar vətəndaşlardan müəyyən marşrut avtobuslarının dayanacaqlarda saxlamaması ilə bağlı çoxsaylı şikayətlər daxil olur. Xüsusilə səhər və axşam saatlarında sərnişinlər uzun müddət dayanacaqlarda gözləməli olur və bu, onların narazılığına səbəb olur. Maraqlısı odur ki, bəzən avtobuslar boş olsa belə, dayanacaqlarda saxlamırlar.

Mövzu ilə bağlı "Xaliq Faiqoğlu" şirkətinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Nizam Rzayev Ölkə.az-a bildirdi ki, pik saatlarında, xüsusilə səhər və axşam müəyyən saatlarda sərnişin axınının kəskin artması bəzi hallarda avtobusların tam dolmasına və növbəti dayanacaqlarda sərnişin götürə bilməməsinə səbəb olur:

"Həmin vaxt yollarda sıxlıq və tıxacların da artması müəyyən interval pozulmalarına səbəb ola bilər ki, bu da qeyd edilən halların daha da artmasına səbəb olur. Lakin istənilən halda sürücülər dayanacaqlarda avtobusu saxlamalı, sərnişinlərin düşüb-minməsi üçün lazım olan şəraiti yaratmalıdır.

Əgər hər hansı sürücü çox ciddi səbəb olmadan avtobusu dayanacaqda saxlamayıbsa və qapıları açmırsa, bununla bağlı daxil olan şikayət tərəfimizdən araşdırılır və müvafiq tədbirlər görülür".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə qeyd etdi ki, marşrut avtobusları tərtib olunmuş hərəkət sxemi üzrə fəaliyyət göstərir və onların xətt üzrə təyin olunmuş dayanacaq məntəqələrində saxlamaqları təmin edilir:

"Qanunvericiliyə əsasən, müntəzəm marşrutlarda sərnişinlərin nəqliyyat vasitələrinə minib-düşməsi yalnız müvafiq dayanacaq məntəqələrində həyata keçirilməlidir. Tərəfimizdən marşrut avtobuslarının daşıyıcılarına sürücülərin sərnişindaşıma qaydalarına əməl edilmələrinə nəzarətin gücləndirilməsi, marşrutun hərəkət sxemi üzrə təyin olunmuş dayanacaq məntəqələrində dayanmalarının vacibliyi vurğulanır".

Məsələ ilə bağlı danışan nəqliyyat eksperti Elməddin Muradlı isə bildirdi ki, avtobusların dayanacaqda saxlamaması ciddi bir problemdir:

"Xüsusən pik saatlarda problemin özünü göstərməsi bu mənzərəni aydın təsəvvür etməyə imkan verir. Yəni bu, heç də öz-özündən baş verən bir proses deyil. Qeyri-adi bir hal da deyil. Çünki avtobus doludur, artıq sərnişin götürməyə yer yoxdur. Bu halda sürücü sərnişinlərə müraciət edir ki, düşən yoxdursa, hərəkəti davam etdirsin. Yəni o, orada dayansa belə, yenə bir konflikt yaranacaq. Çünki avtobusdakılar artıq kifayət qədər sıxlaşıblar. Son vaxtlar vətəndaşların narazılığından da biz görürük ki, qadın, kişi demədən məcburi şəkildə insanlar qucaqlaşıb gedir. Yəni vəziyyət bu həddədir.

Avtobusların orada dayanmaması qanunda sərnişindaşıma qaydalarının pozulmasıdır. Amma adam qınaya da bilmir, çünki insanlar əziyyət çəkirlər, avtobus saxlayıb başqa sərnişinləri götürəcək. Onlar ora necə minəcək, necə daşıyacaq? Bunlar hamısı ciddi suallardır və cavabı da qeyri-müəyyəndir. Bu anlamda fikirləşirəm ki, bu problemin kökü yalnız və yalnız ictimai nəqliyyatın kompleks şəkildə inkişafı ilə bağlıdır. Başqa çıxış yolu yoxdur. İctimai nəqliyyat tam olaraq inkişaf etməlidir. İctimai nəqliyyatda interval məsələsi öz həllini tapmalıdır. Avtobus sayı artmalıdır və bununla da mən elə bilirəm ki, məsələ öz həllini tapacaq".

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Oktyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri