Sərnişinlər metroda qatarı niyə 15 dəqiqə gözləməli olub? RƏSMİ AÇIQLAMA FOTO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qatarların hərəkətində gecikmə müşahidə olunub. “Nizami” metro stansiyasıdan vətəndaşlardan biri tərəfindən Avtosfer.az-ın “WhatsApp” nömrəsinə məlumat verərək deyib ki, 10 dəqiqə qatarı gözlədikdən sonra, electron lövhədə artıq gözləmə dəqiqəsi ilə bağlı rəqəmlər silindi. Sərnişin qeyd edib ki, nəticədə 15 dəqiqədən çox qatar gözləməli olub.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirildi ki, metronun “Xalqlar dostluğu” stansiyasında bir qatarda texniki nasazlıq yaranıb.
“Bu səbəbdən iki qatar arasında intervaldan əlavə 7 dəqiqəlik yubanma qeydə alınıb. Qatar operativ şəkildə “Nərimanov” elektrik deposuna yola salınıb və xəttə ehtiyat qatar buraxılıb.
Yalnız iki qatar arasında yaranmış bu interval fərqinin bərpası məqsədilə əlavə tədbirlər görülüb, qısa müddət ərzində interval bərpa olunub”.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 22 Sentyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















