Icma.az
close
up
RU
“Avtobuslarda validatorların sayı artırılmalıdır” EKSPERT TƏKLİF VERDİ

“Avtobuslarda validatorların sayı artırılmalıdır” EKSPERT TƏKLİF VERDİ

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rauf Ağamirzəyev: “Hər dayanacaqda itirilən saniyələr sonda dəqiqələrlə ölçülən gecikmələr yaradır”

“28 May”-“Nizami” stansiyaları arasında ekspress avtobusların ödənişli olmasından narazılq edənləri müəyyən qədər razı salmaq üçün AYNA yenilik tətbiq edib. “28 May”-“Elmlər Akademiyası” marşrutu ilə hərəkıt edən M1 ekspress avtobuslarında ödənişi yalnız ön qapıdan daxil olduqda deyil, orta qapıda da etmək mümkün olacaq.

AYNA-nın bununla bağlı məlumatında bildirilir ki, M1 nömrəli ekspres marşrutunda ikinci oxuma cihazının (validatorların) quraşdırılmasına başlanılıb. Bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola biləcəklər. Avtobuslara minmə prosesi sürətlənəcək, gözləmə müddəti azalacaq. AYNA çalışır ki M1 avtobusları mümkün olduqca çox sərnişin daşısınlar. 

AYNA-nın ekspress avtobuslarda validatorların sayını artırmasını müsbət yenilik hesab edən nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev qeyd edib ki, bu mövzuda daha əvvəl də fikrini bildirib: 

- Müsahibələrimdə qeyd etmişəm ki validatorun hər qapıda olması sərnişinlərin minib düşməsin sürətləndirir, tranzit vaxtın qısaldır. Avtobuslarda validatorların – gediş haqqı ödənişini oxutma cihazının yalnız ön qapıda yerləşməsi sərnişinlərin bir nöqtədə toplaşmasına, sıxlığa və əlavə vaxt itkisinə səbəb olur.  

“Sherg.az”a açıqlamasında R.Ağamirzəyev qeyd etdi ki, validatorların təkcə avtobusların ön giriş hissədə yerləşməsi mərhələsindən salonun içində də yerləşdirilməsi mərhələsinə keçid müsbət addımdır:  

- İctimai nəqliyyatda növbəti mərhələ sərnişin avtobuslarında validatorların sayının artırılması olmalıdır. Hazırda əksər avtobuslarda validator yalnız ön qapıda yerləşdiyi üçün bütün sərnişin axını bir nöqtədə cəmlənir. Bu isə dayanacaqlarda avtobusun saxlanma müddətini artırır, minmə prosesini ləngidir, marşrut üzrə tranzit vaxtını uzadır və nəticədə avtobusların orta kommersiya sürətinə mənfi təsir göstərir. Gün ərzində hər dayanacaqda itirilən bir neçə saniyə belə, marşrutun sonunda artıq dəqiqələrlə ölçülən gecikmələrə səbəb olur. Bu gün məqsəd yalnız nağdsız ödənişin tətbiqi deyil, onun daha səmərəli işləməsini təmin etməkdir. Bunun üçün şəbəkədə fəaliyyət göstərən bütün avtobuslarda orta və arxa qapılarda da validatorların quraşdırılması sərnişinlərin bütün qapılardan minməsinə imkan verər, dayanacaq vaxtını azaldar, tranzit müddətini qısaldar və xidmətin etibarlılığını artırar.

R.Ağamirzəyev Gürcüstan təcrübəsini misal çəkdi: 

- Qonşu Tbilisidə sərnişinlər avtobuslara bütün qapılardan minir və validatorlar qapıların yanında yerləşdirilib. Bu yanaşma sərnişin axınının daha səmərəli idarə olunmasına və avtobusların marşrut üzrə daha sürətli hərəkət etməsinə kömək edir. 10 illik təcrübə göstərir ki, bir qapıda validator modeli artıq öz məhdudiyyətlərini ortaya qoyub. İndi isə vaxt itkisinin azaldılması, sərnişin axınının optimallaşdırılması və ictimai nəqliyyatın daha rəqabətli olması üçün təkcə ekspress avtobuslarda deyil, bütün digər marşrutlar üzrə hərəkət edən avtobuslarda da validatorların sayının artırılması zəruridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Avqust 2026 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri