Icma.az
close
up
RU
“Azərbaycanda tələbələrin sayı artırılmalıdır” Ekspert

“Azərbaycanda tələbələrin sayı artırılmalıdır” Ekspert

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illərdə Azərbaycanda hər 10 min nəfərə düşən ali məktəb tələbələrinin sayı artsa da, bu göstərici hələ də region ölkələri ilə müqayisədə aşağıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda hər 10 min nəfərə 241 tələbə düşür. Müqayisə üçün bu rəqəm 2022-ci ildə 220 nəfər idi. 


Tələbə sayında artım müşahidə olunsa da, Azərbaycan hələ də region ölkələri, eləcə də MDB məkanında ən az ali təhsil alan tələbəyə sahib ölkələrdən biridir. 


Bəs nəyə görə Azərbaycanda tələbə sayı digər regional ölkələrdən azdır? Tələbələrin sayı artırılmalıdırmı?


Təhsil eksperti Rizvan Fikrətoğlu bu məsələ ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, tələbə sayındakı artım ümumilikdə müsbət tendensiyadır, lakin bu artım daha planlı və məqsədyönlü şəkildə həyata keçirilməlidir.


“Tələbə sayının artırılması vacibdir, çünki müasir iqtisadiyyat təhsilli və ixtisaslı kadrlar tələb edir. Hazırda Azərbaycanda gənc əhali çoxluq təşkil edir və bu gənclər əmək bazarına daxil olmaq, işləmək istəyirlər. Bu səbəbdən də ali təhsilə olan tələbat artır və dövlət bu tələbatı qarşılamalıdır”.


Onun fikrincə, Azərbaycan bu göstərici üzrə Gürcüstan və Ermənistandan geri qalır:


“2022-ci ilin məlumatlarına əsasən, Gürcüstanda və Ermənistanda hər 10 min nəfərə 350-400 tələbə düşürdü. Azərbaycanda isə bu rəqəm 220 idi. İndi 241-ə yüksəlib, amma hələ də ciddi fərq qalmaqdadır”.


Ekspert həmçinin vurğulayıb ki, tələbə sayının artırılması yalnız kəmiyyətə deyil, keyfiyyətə də yönəlik olmalıdır. Onun sözlərinə görə, əgər tələbə sayı sürətlə artarsa, lakin müəllim-professor heyəti, elmi-tədqiqat bazası, kitabxana və laboratoriyalar inkişaf etməzsə, bu zaman ali təhsilin effektivliyi azalacaq.


“Sadəcə diplomlu gənclər yaratmaqla problem həll olunmur. Keyfiyyətli ali təhsil insan kapitalına çevrilməlidir. Əgər tələbə sayı artır, amma təhsil zəifdir, o zaman bu gənclər işsiz qalacaq və əmək bazarında uyğunluq pozulacaq”, - deyə Fikrətoğlu əlavə edib.


Təhsil eksperti ali təhsillə yanaşı peşə və texniki təhsilin də genişləndirilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, cəmiyyətin yalnız hüquqşünas, həkim, müəllim və jurnalistlərə deyil, həm də dərziyə, baytara, avtomobil rəngsazına, dayəyə və digər texniki peşə sahiblərinə də ehtiyacı var.


“Əgər hamı ali məktəb oxumağa can atsa, onda vacib texniki və peşə ixtisaslarında ciddi çatışmazlıqlar yaranacaq. Ona görə də peşə təhsili də inkişaf etdirilməlidir”, - deyə ekspert bildirib.


R.Fikrətoğlu regionlardakı ali və orta ixtisas təhsili müəssisələrinin vəziyyətinə də toxunaraq bildirib ki, təhsil imkanları yalnız Bakı ilə məhdudlaşmamalıdır, Quba, Şəki, Lənkəran, Ağcabədi və Mingəçevir kimi şəhərlərdə universitetlər və kollec səviyyəsində təhsilin inkişafı prioritetə çevrilməlidir:


“Gənclər niyə yalnız Bakıya axışır? Onlar doğulub yaşadıqları şəhərlərdə də keyfiyyətli təhsil ala bilməlidirlər. Bunun üçün regionlarda həm maddi-texniki baza gücləndirilməli, həm də müəllim heyəti stimullaşdırılmalıdır”.


Bundan əlavə, ekspert dövlət sifarişi və təqaüd sisteminin sosial ədalətə əsaslanmasının vacibliyini qeyd edib:

"Maddi imkanı zəif olan ailələrin övladlarının ali təhsilə çıxış imkanları artırılmalıdır. Universitetlərin özlərinin də müxtəlif təqaüd proqramları ilə bu prosesi dəstəkləməsi vacib sayılır.  Ali təhsil yalnız diplom verməklə deyil, ölkənin iqtisadi və sosial inkişafına xidmət etməklə dəyərli olur. Bunun üçün isə ali məktəblərlə əmək bazarı arasında əlaqə gücləndirilməli, təhsil proqramları real tələbatlara uyğunlaşdırılmalıdır". 


Bəsti Rəfizadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://sfera.az
archiveBu xəbər 25 İyun 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri