Elektrikli avtobusların üstünlükləri nələrdir?
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Elektrik mühərrikli avtobuslar benzin və dizellə işləyən şəhər nəqliyyatı ilə müqayisədə ekoloji cəhətdən daha təhlükəsizdir. Çünki elektrik mühərrikli nəqliyyat vasitələrinin emissiyası sıfıra bərabərdir.
Avtosfer.az bildirir ki, nəqliyyatın yaratdığı problemlərdən biri də səs çirkliliyidir. Elektrik mühərrikli nəqliyyat vasitələri isə digər nəqliyyat növləri kimi səs-küy yaratmır.
Əhəmiyyətli üstünlüklərdən biri də elektrik mühərrikli avtobusların iqtisadi cəhətdən daha səmərəli olmasıdır. Benzinlə qət edilən 1 km məsafəni elektrik enerjisi ilə qət edilən 1 km məsafə ilə müqayisə etsək, yanacağın dəyəri baxımından burada mütləq elektrikli nəqliyyat üstün gəlir.
Elektrikli avtobuslar benzin və ya dizellə işləyən avtobuslardan qat-qat az daxili hərəkət hissələrinə malikdir. Bu da istismar xərclərini azaldır.
Artıq 160 elektrikli avtobus ölkəyə gətirilib və 2030-cu ilədək Bakı şəhərinin ictimai nəqliyyatında istifadə olunacaq bütün avtobuslar elektrikli olacaq.
Könül Rauf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 25 Noyabr 2024 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















