Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb Polis 4 nəfəri axtarır ANBAAN VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. Məlumata görə, valyutadəyişmə məntəqəsi işlədən Bilal D., oradan götürdüyü 30 milyon dolları Bakırköydə yaşadığı yaşayış kompleksinin avtodayanacağına gətirib və pulları 2 avtomobilin baqajına qoyub.
Daha sonra dörd nəfər avtomobillə dayanacağa gələrək hər iki avtomobilin şüşələrini sındırıb və baqajları açaraq orada olan 30 milyon dolları götürərək qaçıblar. Ertəsi gün Bilal D. dayanacağa gedib. Avtomobillərin şüşələrinin sındığını, baqajların açıq olduğunu və pulların orada olmadığını görən Bilal dərhal qarətlə bağlı polisə məlumat verib.
İnsident yerinə gələn polis əməkdaşları dayanacaqda araşdırma apararaq təhlükəsizlik kameralarını izləyiblər. Hazırda hadisəni törətməkdə şübhəli bilinən dörd nəfər axtarışa verilib.
Namiq Musayev
Oxunub 544
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 14 Fevral 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















