Avtomobil alqı satqısı adı altında dələduzluq edən 21 yaşlı gənc saxlanıldı
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Binəqədi rayon sakini olan iki nəfər polisə müraciət edərək avtomobil alış-verişi adı altında aldadılaraq ümumilikdə 21 min manatdan artıq pul vəsaitlərinin ələ keçirildiyini bildiriblər.
BAKU.WS-in məlumatına görə, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı E.Qulamov saxlanılıb.
Araşdırmalarla E.Qulamovun zərərçəkənlərdən birinə məxsus "Nissan" markalı avtomobili ondan alaraq ödəniş etmədiyi, daha sonra isə həmin nəqliyyat vasitəsini ikinci şəxsə satacağı vədi ilə onun da pulunu ələ keçirdiyi müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Onlayn avtomobil alqı satqısı intensivləşir, risklər qalır
21 Avqust 2025 17:50
Xaçmazda avtomobil qəzasında 21 yaşlı gənc ölüb
29 May 2025 14:16
Bakıdan Naxçıvana avtomobil gətirmək adı altında dələduzluq edən şəxs saxlanılıb
31 Oktyabr 2025 09:28
Bakıdan Naxçıvana avtomobil gətirmək adı altında dələduzluq edən şəxs saxlanılıb VİDEO
31 Oktyabr 2025 11:38
Baxış sayı:96
Bu xəbər 24 Noyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















