Icma.az
close
up
RU
Avtomobil bazarında qiymət müharibəsi : Maşınlar mayasından ucuz satılır?

Avtomobil bazarında qiymət müharibəsi : Maşınlar mayasından ucuz satılır?

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda yay mövsümü olsa da, avtomobil bazarında ənənəvi canlanma müşahidə olunmur.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib.

Onun sözlərinə görə, satışlar gözlənilən səviyyədə deyil və bazarda hələ də ötən ildən qalan problemlər hiss olunur:

"Bazardakı mövcud vəziyyətin əsas səbəblərindən biri ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan gömrük və vergi güzəştlərinin bu ildən ləğv edilməsi olub. Güzəştlərin müddətinin uzadılmayacağı ötən ilin III rübündən məlum idi. Buna görə paralel idxalla məşğul olan şəxslər və investorların vəsaiti hesabına fəaliyyət göstərən avtomobil satıcıları bazara rekord sayda avtomobil gətiriblər. Həmin dövrdə gətirilən avtomobillər 5-10 gün ərzində satılırdı. İnvestorlar da qısa müddətdə gəlir əldə edə bilirdilər. Lakin bu ilin əvvəlindən satışlar kəskin zəifləyib".

Qiymətlər maya dəyərindən aşağı düşüb

Assosiasiya sədrinin sözlərinə görə, satışın zəifləməsi bəzi idxalçıların aylarla avtomobil sata bilməməsinə səbəb olub:

"Bu da investorlar arasında narahatlıq yaradıb və satıcılar avtomobilləri əvvəlcə maya dəyərinə, daha sonra isə maya dəyərindən aşağı qiymətə satışa çıxarmağa başlayıblar. Nəticədə bazarda "qiymət müharibəsi" gedir. Bir satıcı qiyməti endirir, digəri də məcbur qalaraq eyni addımı atır".

E.Əliyev qeyd edib ki, qiymətlərin demək olar ki, hər gün dəyişməsi alıcıların davranışına da təsir edib:

"İnsanlar bu gün 32 min manata təklif olunan avtomobilin bir neçə gün sonra 30 min, hətta 29 min manata satıldığını gördükləri üçün alış qərarını təxirə salıblar. Bu isə bazarda qeyri-müəyyənliyi daha da artırıb. Ötən il idxal edilmiş avtomobillərin sayı real tələbi üstələdiyi üçün bazarda böyük həcmdə satılmamış avtomobil ehtiyatı formalaşıb".

AADA sədri qeyd edib ki, yeni avtomobillərlə bağlı çətinliklərə baxmayaraq, ikinci əl avtomobil bazarında müsbət dinamika müşahidə olunur:

"Xüsusilə Cənubi Koreya, Yaponiya və Almaniya istehsalı olan avtomobillərin satışları artmağa başlayıb. Lakin bu, bütün marka və modellərə aid deyil. Lakin bazarda etibar qazanan avtomobillərə maraq xeyli yüksəlib".

Rəsmi dilerlər də qiymət siyasətini dəyişiblər

E.Əliyevin sözlərinə görə, bazardakı vəziyyət rəsmi idxalçılara da təsirsiz ötüşməyib:

"Rəsmi dilerlər istehsalçı zavodlarla apardıqları danışıqlar nəticəsində avtomobilləri daha münasib qiymətlərlə təklif etməyə başlayıblar. Bu, əvvəllər rəsmi dilerlərlə paralel idxalçılar arasında mövcud olan qiymət fərqinin də azalmasına səbəb olub".

Assosiasiya sədri əlavə edib ki, Çindən avtomobillərin ixracı ilə bağlı tətbiq edilən yeni qaydalar da bazara təsir göstərir:

"Avtomobillərin istehsaldan sonra altı ay keçmədən ölkədən çıxarılmasına qoyulan məhdudiyyət bazarda müəyyən tarazlığın formalaşmasına kömək edə bilər. Artıq bu istiqamətdə müəyyən müsbət siqnallar görünür. Ümid edirik ki, bazarda vəziyyət yaxın aylarda daha da sabitləşəcək".

Çindəki yeni qaydalar bazarda tarazlıq yarada bilər

Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü, əmlak eksperti Hüseyn Talıbov isə bildirib ki, yay mövsümü avtomobil bazarında ənənəvi olaraq alqı-satqı əməliyyatlarının artdığı dövr hesab olunsa da, bu il bazarda aktivlik ötən illərlə müqayisədə daha məhdud səviyyədədir.

Onun sözlərinə görə, bazarda alıcıların qərarvermə prosesi əvvəlki illərlə müqayisədə daha ehtiyatlıdır:

"İnflyasiya mühitinin davam etməsi, istehlak kreditlərinin yüksək faiz dərəcələri və əhalinin xərclərə daha həssas yanaşması avtomobil bazarında tələbin artım tempini zəiflədir. Buna baxmayaraq, yay mövsümü ilə əlaqədar fərdi nəqliyyata maraq davam edir və alqı-satqı əməliyyatları tam dayanmayıb. Hazırda bazarda ən çox 8-12 il istismar olunmuş, texniki vəziyyəti qənaətbəxş, mühərrik həcmi 1.5-2 litr olan iqtisadi sinfə aid avtomobillər satılır. Alıcılar ilk növbədə yanacaq sərfiyyatı aşağı, ehtiyat hissələri əlçatan və servis xərcləri münasib olan modellərə üstünlük verirlər. Hibrid avtomobillərə maraq da əvvəlki illərlə müqayisədə artıb. Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, 2024-cü ildə dünyada elektrik və hibrid avtomobillərin satışının payı 20%-i ötüb ki, bu tendensiya Azərbaycan bazarında da hiss olunur".

H.Talıbov vurğulayıb ki, hazırda bazarda təklif tələbi üstələyir:

"Başqa sözlə, bazarda satıcıların sayı alıcılardan çoxdur. Bu isə satıcılar arasında rəqabəti artırır və qiymətlər üzrə güzəşt imkanlarını genişləndirir. Hazırda ikinci əl avtomobillərin əhəmiyyətli hissəsi ilkin elan qiymətindən orta hesabla 5-10 % aşağı qiymətə satılır".

Ekspert hesab edir ki, bazarda likvidliyi yüksək olan modellər daha qısa müddətdə alıcı tapır:

"Kütləvi tələbat olan avtomobillər adətən 20-40 gün ərzində satılır. Daha bahalı, mühərrik həcmi böyük və saxlanma xərcləri yüksək olan avtomobillərin satış müddəti isə bir neçə aya qədər uzana bilir. Bu da bazarda alıcının seçim imkanlarının geniş olduğunu göstərir".

O qeyd edib ki, Azərbaycanda avtomobil parkının yenilənməsi davam etsə də, köhnə avtomobillərin xüsusi çəkisi hələ də yüksəkdir:

"Rəsmi statistikaya əsasən, ölkədə istismarda olan minik avtomobillərinin böyük hissəsinin yaşı 10 ildən artıqdır. Bu səbəbdən daha qənaətcil və ekoloji standartlara cavab verən avtomobillərə tələbat tədricən artır. Eyni zamanda, yeni avtomobillərin qiymətinin yüksək olması alıcıların əhəmiyyətli hissəsini ikinci əl bazarına yönəldir".

H.Talıbovun fikrincə, yay mövsümünün sonuna qədər bazarda kəskin qiymət dəyişiklikləri gözlənilmir:

"Hazırkı mərhələdə bazar sabitdir. Təklif həcmi yüksək olduğundan ciddi bahalaşma üçün iqtisadi əsaslar görünmür. Ayrı-ayrı likvid modellər istisna olmaqla, qiymətlərdə əsasən mövcud səviyyənin qorunacağı gözlənilir. Mövcud şərait alıcılar üçün seçim imkanlarını genişləndirir, satıcılar isə alqı-satqını sürətləndirmək üçün daha çevik qiymət siyasəti tətbiq etməyə məcbur olurlar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 İyun 2026 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see386

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see329

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see325

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see296

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see295

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see279

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see279

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see273

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see269

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see260

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see255

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see255

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see247

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see242

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see240

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see235

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see235

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see230

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see216

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri