Icma.az
close
up
RU
Avtomobil bazarında inqilabi dəyişiklik Bu maşınlar sıradan çıxır

Avtomobil bazarında inqilabi dəyişiklik Bu maşınlar sıradan çıxır

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan avtomobil sektorunda mühüm dəyişikliklər baş verir. Xüsusilə son 15 ildə bu sahədə görünməmiş dinamika müşahidə olunur. Bazarda isə həm müsbət, həm də narahatlıq doğuran tendensiyalar paralel şəkildə inkişaf edir. Ekoloji təmiz avtomobillərə tətbiq olunan güzəştlər nəticəsində vətəndaşların yeni nəqliyyat vasitələrinə çıxış imkanı xeyli artıb.

Globalinfo.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirib ki, artıq bir neçə ildir ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə xüsusi güzəştlər tətbiq olunur.

Onun sözlərinə görə, bu güzəştlər nəticəsində həmin avtomobillərin qiymətləri xeyli aşağı düşüb və bu da vətəndaşlar üçün onları daha əlçatan edib:

“Sevindirici haldır ki, köhnə avtomobil parkımız tədricən ekoloji təmiz nəqliyyat vasitələri hesabına yenilənir. Bu tip avtomobillərə tətbiq olunan güzəştlər nəticəsində illərdir ölkəmizdə süni şəkildə şişirdilmiş ikinci əl bazarında, xüsusən yaşı 10-15 ildən yuxarı olan avtomobillərin baha qiymətə satılmasına bazarın özü tərəfindən tənzimlənmə gətirilib. Belə avtomobillərin satışı nəzərəçarpacaq dərəcədə azalıb və qiymətlərində enmə müşahidə olunur. Əvvəllər 15 illik avtomobillər bazara çıxarılırdı və 35-40 min manat civarında qiymətləndirilirdi. Hazırda isə bazar bu qiymətləri real vəziyyətə uyğunlaşdırıb”.

E.Əliyev qeyd edib ki, bazarda sevindirici məqamlarla yanaşı, bəzi mənfi hallar da mövcuddur:

“Məsələn, ötən il ölkədə 32 mindən çox yeni, yəni “0 km” avtomobil satılıb. Bu avtomobillərin 45 faizi fərdi şəxslərin, yəni alverçilərin və fərdi avtosalonların, 55 faizi isə rəsmi distribütorların payına düşüb. Bu, 2024-cü ilin statistik göstəricisidir. Lakin 2025-ci ilin ilk üç ayı üzrə rəsmi dilerlərin bazar payı 30 faizdən aşağı düşüb ki, bu da artıq narahatedici siqnaldır. Rəsmi dilerlər ölkəyə investisiya qoyur, avtosalonlar və servis mərkəzləri inşa edirlər, yüzlərlə işçi işlə təmin olunur. Hazırda bu sektorda təxminən 4 minə yaxın insan çalışır. Bu prizmadan baxdıqda, rəsmi dilerlərin mövqeyinin zəifləməsi neqativ haldır və bu məsələnin diqqətlə izlənilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görülməlidir”.

Eyyub Əliyev

Assosiasiya sədri əlavə edib ki, rəhbərlik etdiyi qurum bu gün də aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıqdadır:

“Dövlət-özəl sektor dialoqu uğurla davam edir. Sevindirici haldır ki, dövlət qurumları assosiasiyamızın və özəl sektor nümayəndələrinin təkliflərinə həssas yanaşır, onların araşdırılması üçün işçi qruplar yaradır.

Əsas məqsədimiz Azərbaycanda sivil avtomobil bazarının və avtomobil biznesinin formalaşmasıdır. Nəticədə, vətəndaş bu prosesdən qazanan tərəf olacaq, çünki rəsmi zəmanətli avtomobillərin satışı artdıqca, həm yollardakı qəza riski azalacaq, həm də vətəndaşlar daha təhlükəsiz nəqliyyat vasitələrindən istifadə edəcəklər”.

O, həmçinin deyib ki, hazırda ölkəyə sükanı sağdan sola keçirilmiş avtomobillər idxal olunur və bu cür avtomobillər qəzalarda əsas səbəbkar kimi çıxış edir:

“Fərdi şəxslər tərəfindən idxal olunmuş avtomobillərin gələcəkdə texniki qüsurlar səbəbindən istehsalçı zavod tərəfindən geri çağırılması hallarında məsuliyyət alıcının üzərində qalacaq. Çünki fərdi yolla alınan avtomobillərə belə çağırışlar çatmır və nəticədə vətəndaş problemli avtomobillə tək qalır. Rəsmi distribütor vasitəsilə alınan avtomobillərdə isə bu cür problemlər yarananda məsələni distribütor həll edir. Bu yaxınlarda bəzi yapon markalarının ölkədə satışa çıxarılan avtomobilləri texniki səbəblərə görə geri çağırılıb və vətəndaşlara yeni avtomobillərlə əvəz olunub. Məhz bu səbəbdən də istəyirik ki, vətəndaşlarımız daha rahat və təhlükəsiz avtomobillərdən istifadə etsinlər”.

E.Əliyev xatırladıb ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər” sənədində beşinci prioritet olaraq “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfi yer alır:

“Bu sənədin mahiyyəti ondan ibarətdir ki, ölkəmizdə ekoloji vəziyyət yaxşılaşdırılsın və vətəndaşlarımız üçün sağlam gələcək qurulsun. Ən çox zərərverici amillərdən biri isə köhnə və yararsız avtomobillərdir. Prezidentin bu sahədə verdiyi mühüm qərar və sərəncamlar da göstərir ki, avtomobil parkının yenilənməsi vacib məsələdir. Biz də vətəndaş olaraq bu çağırışlara cavab verməli və öz sahəmiz üzrə töhfə verməliyik”.

“Düşünürəm ki, ölkədə bu istiqamətdə maarifləndirmə işlərinə ehtiyac var. Dövlət və özəl sektor bu sahədə fəaliyyət göstərir, lakin əlavə təşviqat tədbirləri də görülməlidir ki, vətəndaşlar köhnə və təhlükəli avtomobillərdən imtina edib yeni, daha təhlükəsiz avtomobillərə üstünlük versinlər. Ümid edirəm ki, yaxın illərdə ölkədə həyata keçirilən utilizasiya proqramı və digər tədbirlər nəticəsində gənc və sağlam bir avtomobil parkı formalaşacaq. Dövlətin bu istiqamətdə gördüyü işlərin bəhrəsini həm dövlətimiz, həm də vətəndaşlarımız görəcək”, – deyə o, fikirlərini tamamlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 May 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri