Icma.az
close
up
RU
Avtomobil bazarında təhlükə: 2024 də satılmış yeni avtomobillərin 45 faizi paralel importdur

Avtomobil bazarında təhlükə: 2024 də satılmış yeni avtomobillərin 45 faizi paralel importdur

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

"Paralel import" yolu ilə gətirilən avtomobillər bazara rəsmi dilerlərdən qat-qat ucuz qiymətə çıxarılır. Deyə bilərsiz, bunun nəyi pisdir ki, təki ölkənin avtomobil parkı yenilənsin, əhali ucuz maşın alsın. Təəssüf ki, belə "ucuz ətin şorbası" istehlakçılara, avtomobil sektoruna və ümumiyyətlə ölkə iqtisadiyyatına baha başa gələ bilər"

Loqistika aləmində "paralel import" termininə çoxdan rast gəlinir. Sadə dildə desək, xarici istehsalçının icazəsi olmadan hər hansı məhsulun ölkəyə idxal olunmasına "paralel import" deyilir. Bəzi ölkələrin iqtisadiyyatında "paralel import" qaçılmazdır. Məsələn, məlum hadisələrdən sonra, Rusiyaya qarşı əksər ölkələr sanksiyalar tətbiq edərək, bu ölkənin bazarını tərk etdilər. Bu zaman idxalçılar nə etdi? Üçüncü ölkələrdə nümayəndəliklər açaraq, onların vasitəsilə ölkədə tələbatla üzləşmiş mallar gətirməyə başladılar. Beləliklə, "paralel import" onların istehlak bazarını demək olar ki, xilas etdi. Lakin sivil yolla inkişaf edən iqtisadiyyatlar üçün "paralel import"un mənfi cəhətləri, hətta təhlükəsi danılmazdır. Gəlin onları ölkəmizin avtomobil bazarının timsalında təhlil edək.

Bu gün "paralel import"un ən çox zərbə vurduğu sahə məhz avtomobil sektorudur. Zərbə elə ciddidir ki, bir sıra adlı-sanlı rəsmi avtomobil diler və distribyutor şirkətləri fəaliyyəti dayandırmaq üzrədir. Əslində "boz diler" adlandırdığımız alverçilər əvvələr də olub. Onlar avto-salon və servis mərkəzinin inşası üçün investisiyalar qoymur, mütəxəssislərin təliminə vəsait ayırmır, iş yerləri açmır, marketinq-reklam xərcləri barədə düşünmür, bir çox hallarda avtomobili fərdi şəxslərin adına idxal edərək, sahibkarlıq fəaliyyətini gizlədir və gəlir vergisindən də yayınır. Nəticədə "paralel import" yolu ilə gətirilən avtomobillər bazara rəsmi dilerlərdən qat-qat ucuz qiymətə çıxarılır. Deyə bilərsiz, bunun nəyi pisdir ki, təki ölkənin avtomobil parkı yenilənsin, əhali ucuz maşın alsın. Təəssüf ki, belə "ucuz ətin şorbası" istehlakçılara, avtomobil sektoruna və ümumiyyətlə ölkə iqtisadiyyatına baha başa gələ bilər:

- paralel import yolu ilə gətirilən avtomobillər yerli keyfiyyət standartlarına və təhlükəsizlik tələblərinə cavab verməyə bilər;

- avtomobillər bizim iqlim, yanacaq, yol şəraitinə uyğunlaşdırılmayıb;

- avtomobillərin zəmanəti və texniki xidməti ilə əlaqədar problemlər qaçılmazdır, başqa ölkədə satılmış avtomobilin texniki düyünləri, ehtiyyat hissələri, proqram təminatı fərqli ola bilər və yerli rəsmi servislər buna hazır deyil, nəticədə istehlakçı hüquqları pozulur və brendin imicinə zərbə dəyir;

- bazarda haqsız rəqabət yaranır, maliyyə çətinlikləri ilə üzləşmiş rəsmi diler və distribyutorlar biznesin inkişafına yönələn investisiyaları və marketinq xərclərini azaltmağa, iş yerlərini ixtisara salmağa məcbur olur, bu da sektorun inkişafına və ümumi biznes mühitə mənfi təsir edir;

- paralel import rəsmi diler və distribyutorların intellektual mülkiyyət hüquqlarını poza bilər, məsələn, əmtəə nişanı, patentlər və s.; 

- gündən günə nəzarətsiz böyüyən paralel import hətta ölkələr arası ticarət sazişlərinə təsir edə bilər, nəticədə iqtisadi mübahisələrə, tariflərin dəyişilməsinə, məhdudiyyətlərə gətirib çıxara bilər.   

Bütün bunlarla yanaşı "boz dilerlərin" alıcıya vəd etdiyi avtomobil barədə yanlış məlumat vermə, əvvəlcədən pulu alıb, çatdırılmanı gecikdirmə və hətta mövcud olmayan avtomobilə görə beh alma faktları tez-tez baş verir. Məlumdur ki, avtomobil yüksək riskli məhsuldur və yollarda təhlükəsizlik naminə bu məhsulun satışları və texniki xidməti ilə istehsalçı zavod ilə birbaşa əlaqəsi, müvafiq proqram təminatı və texniki avadanlığı, peşəkar personalı olan subyektlər məşğul olmalıdır. Müxtəlif ölkələrdə "boz dilerlərlə" mübarizə üçün mütamadi olaraq, araşdırmalar aparılır və avtomobil idxalına yeni qaydalar və normativ aktlar tətbiq olunur. Məsələn Qazaxstanda vətəndaşın şəxsi istifadə üçün ildə bir avtomobil gətirmək imkanı var, lakin bu yalnız yaşı 3 ildən çox avtomobil ola bilər. İki ay əvvəl qəbul olunmuş qaydalara əsasən, bu ölkəyə 3 ildən az buraxılış müddəti olan avtomobilləri yalnız dövlət orqanlarında rəsmi diler və distribyutor kimi qeydiyyatdan keçmiş hüquqi şəhxslər idxal edə bilər.

Sevindirici haldır ki, son illər ölkə rəhbərliyi tərəfindən avtomobil parkının yenilənməsi, ekoloji nəqliyyat vasitlərinin təşviqi üçün ciddi addımlar atılır. İdxal olunan işlənmiş avtomobillərə qoyulmuş yaş məhdudiyyəti, hibrid və elektrik avtomobillərin ƏDV-dən azad olunması, elektomobillər üçün gömrük rüsumunun ləğv ediməsi  - bütün bunların nəticəsində 2023 ildə idxal olunmuş yeni avtomobillərin sayı 19740-dən  2024-cü ildə 32766-ya yüksəldi. Elektrik avtomobillərin dinamikası daha da sürətli oldu. Beləki, 2022-ci ildə cəmi 486 elektromobil idxal olunmuşdusa, 2024-cü ilin yanvar-noyabr aylarında bu rəqəm 2871 oldu. Aydındır ki, 2025-ci ildə enerji doldurma məntəqələrinin sayı artacaq, müvafiq infrastruktur inkişaf edəcək və elektromobillərin populyarlığı daha da sürətlə artacaq. Bütün bunlarla yanaşı əhaliyə satılan nəqliyyat vasitlələrinin rəsmi zəmanəli olması, ehtiyyat hissələri və peşəkar servislə təmin olunması son dərəcə vacibdir. 

AADA-nın  olaraq, ölkəmizdə sivil avtomobil bazarının inkişafına yönəlmiş yeni təkliflər hazırlayırıq. Məqsəd yollarımızda müasir və zəmanətli avtomobillər görmək, yüksək təhlükəsizliyə nail olmaq, təmiz ekologiya sayəsində sağlam nəsillər yetişdirmək istiqamətində dövlətimizin gerçəkləşdirdiyi bütün layihələrinə dəstək verməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Yanvar 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see405

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see337

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see300

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see294

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see271

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see234

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see232

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see224

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see152

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see140

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see124

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri