Icma.az
close
up
RU
Avtomobil etibarnamələri ilə bağlı tələb artıq ləğv olunmalıdır EKSPERT VİDEO

Avtomobil etibarnamələri ilə bağlı tələb artıq ləğv olunmalıdır EKSPERT VİDEO

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Artıq uzun müddətdir avtomobil idarəçilərinin ən çox narahat olduğu məsələlərdən biri etibarnamənin hər məqamda tələb edilməsidir. Vətəndaşlar nəqliyyat vasitəsini hətta öz həyat yoldaşına belə vermək istəyəndə etibarnamənin vacib problemə çevrilməsini birmənaı qarşılamır. Dünya təcrübəsində də bu məsələyə yanaşmalar müxtəlifdir.

Avtosfer.az xəbər verir ki, bir çox inkişaf etmiş ölkələrdə avtomobil idarəetməsi ilə bağlı etibarnamə verilmə qaydaları dəyişidirilib. Hətta Özbəkistanda yaxın qohumlara notariat etibarnaməsi verilməsi ləğv edilib.

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı bildirib ki, etibarnamə avtomobil idarə edilməsi üçün mahiyyətini itirmiş bir sənəddir:

“Sadəcə, görünür, bu işdə yaxşı pul var. Kimsə bundan əl çəkmək istəmir və buna görə də etibarnamələrlə bağlı problem hələ də qüvvədədir. Notarial kontorlara girirsən, 10 nəfərdən 8-I avtomobil etibarnamələri ilə məşğul olur.

Dünya artıq dəyişib, amma biz hələ də Sovet dövründən qalma qaydalardan çıxa bilmirik. Əslində, etibarnamələrin yaşı çoxdur, 50-60 il deyil. Hesablasaq, bəlkə də 5 min il yaşı var. Yəni, o dövrdə də insanlar etibarnamə sənədi ilə bir-biri qarşısında müəyyən öhdəliklər, hüquq və vəzifələr yaradıblar. Mövzumuz, ümumilikdə etibarnamənin ləğv olunması məsələsi deyil, avtomobil idarə etməsi zamanı etibarnaməyə gərəklilikdir. Məsələn, evdə ər və arvad arasında avtomobil ötürülməsi ilə bağlı etibarnamə lazım olur. Bu kimə lazımdır?! Ərlə arvad arasındakı etibarnamə məsələsinə bir müddət əvvəl son qoyulmuşdu. Nikah haqqında şəhadətnamə kifayət edirdi. Sonra nikah şəhadətnaməsi ilə bağlı tələb qaldı kənarda, Konstitusiya Məhkəməsi rəy verdi ki, ərlə arvad arasında birgə nikah dövründə alınan nəqliyyat vasitəsidirsə, o halda, şəxslər - ər və arvad notariusa birlikdə gedib  təsdiqləməlidirlər ki, onlar həmin maşını birgə nikah dövründə alıblar, bunu da təsdiq edəcək sənəd verilsin. Notarius da təsdiqləməlidir ki, bəli, ər də, arvad da gəldi, onlar  bu sənədi brigə nikah dövründə əldə ediblər. Bu məsələ artıq oyuncaq qərarlara bənzəyir və biz də bunu təklif edirik ki, avtomobil etibarnaməsi ilə bağlı qərarın artıq ləğvinin vaxtı çatıb”.

Elməddin Muradlının şərh verdiyi həmin canlı yayımın videosunu sizə təqdim edirik:

Səfər

Canlı yayımın tam videosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri