Avtomobil mühərrikini yumada yol verilən səhvlər Ekspertdən vacib XƏBƏRDARLIQ
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Mühərrikin düzgün yuyulmaması ciddi problemlərə - qısaqapanma, suyun elektron sistemlərə keçməsi və hətta bahalı təmir ehtiyacına səbəb ola bilər.
Oxu.Az-ın "Rossiyskaya qazeta"ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil eksperti Aleksandr Smit xəbərdarlıq edib.
O, mühərrik yuyulmasında yol verilən ən yayılmış səhvləri açıqlayıb. Onları təqdim edirik:
- İsti mühərriki yumaq olmaz. Bu, metal hissələrdə çatlara və contalarda sızmalara səbəb ola bilər.
- Elektron hissələr izolyasiya edilməlidir. Akkumulyator ayırılmalı, beyin bloku (ECU), generator və ABS sistemi qorunmalıdır.
- Yüksəktəzyiqli su ehtiyatla istifadə olunmalıdır. Kerxer kimi cihazlardan istifadə zamanı suyu çox yaxın məsafədən vurmaq incə naqillərə və birləşmələrə zərər verə bilər.
- Yuma sonrası mütləq qurudulmalıdır. Havanın təzyiqi ilə suyun hopduğu hissələr qurudulmalı, rezin və plastik hissələr qoruyucu maddələrlə işlənməlidir.
Ekspert tövsiyə edir ki, mühərrik yuyulmasını ya mütəxəssislərə həvalə edin, ya da bu məqamları nəzərə alaraq ehtiyatlı olun.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 15 May 2025 05:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















